Lexeo Academy komandamızı genişləndirir və Çin dili üzrə peşəkar, məsuliyyətli və inkişafyönümlü Çin Dili Müəllimi axtarır.
Vəzifə öhdəlikləri
- Çin dili üzrə fərdi və qrup dərslərinin keçirilməsi;
- HSK proqramı üzrə tələbələrin hazırlanması;
- Business Chinese (Biznes Çin dili) dərslərinin tədrisi;
- Uşaqlar, yeniyetmələr və böyüklər daxil olmaqla müxtəlif yaş qrupları ilə işləmək;
- Tələbələrin danışıq, dinləmə, oxu və yazı bacarıqlarının inkişaf etdirilməsi;
- Tələbələrin səviyyəsinə və məqsədlərinə uyğun dərslərin təşkili;
- Tələbələrin akademik inkişafının izlənilməsi və nəticələrin qiymətləndirilməsi.
Namizədə olan tələblər
- Çin dili üzrə minimum HSK 3 səviyyəsini tamamlamış olmaq;
- HSK 4 və HSK 5 səviyyəsinə sahib olmaq üstünlükdür;
- Çin dilində yaxşı danışıq və ünsiyyət bacarığı;
- Business Chinese tədris edə bilmək;
- Müxtəlif yaş qrupları ilə işləmək bacarığı;
- Məsuliyyətli, punktual və öyrənməyə açıq olmaq;
- Müəllimlik və ya Çin dili tədrisi üzrə təcrübə üstünlükdür;
- İngilis və/və ya rus dili biliyi üstünlükdür.
Biz sizə nə təklif edirik?
- Çinli müəllim tərəfindən mentor dəstəyi;
- Hazır tədris metodikası və dərs materialları ilə təmin olunma;
- Peşəkar inkişaf və metodiki dəstək;
- Müxtəlif yaş və səviyyələrdə tələbələrlə işləmək imkanı;
- Peşəkar və inkişafyönümlü komanda;
- Uzunmüddətli əməkdaşlıq və karyera inkişafı imkanı;
- Müasir və rahat iş mühiti.
İş şərtləri
- İş yeri: Bakı, AF Mall
- İş qrafiki: Razılaşdırılır
- İş formatı: Part-time / Full-time
- Əmək haqqı: Namizədin bilik, təcrübə və dərs yükünə əsasən müsahibə zamanı müəyyən edilir.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
CV göndərərkən mövzu hissəsində “Çin Dili Müəllimi” qeyd olunması xahiş olunur.