Çin Dili Müəllimi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Çin Dili Müəllimi

  • Истекает 6 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Lexeo Academy komandamızı genişləndirir və Çin dili üzrə peşəkar, məsuliyyətli və inkişafyönümlü Çin Dili Müəllimi axtarır.

Vəzifə öhdəlikləri

  • Çin dili üzrə fərdi və qrup dərslərinin keçirilməsi;
  • HSK proqramı üzrə tələbələrin hazırlanması;
  • Business Chinese (Biznes Çin dili) dərslərinin tədrisi;
  • Uşaqlar, yeniyetmələr və böyüklər daxil olmaqla müxtəlif yaş qrupları ilə işləmək;
  • Tələbələrin danışıq, dinləmə, oxu və yazı bacarıqlarının inkişaf etdirilməsi;
  • Tələbələrin səviyyəsinə və məqsədlərinə uyğun dərslərin təşkili;
  • Tələbələrin akademik inkişafının izlənilməsi və nəticələrin qiymətləndirilməsi.

Namizədə olan tələblər

  • Çin dili üzrə minimum HSK 3 səviyyəsini tamamlamış olmaq;
  • HSK 4 və HSK 5 səviyyəsinə sahib olmaq üstünlükdür;
  • Çin dilində yaxşı danışıq və ünsiyyət bacarığı;
  • Business Chinese tədris edə bilmək;
  • Müxtəlif yaş qrupları ilə işləmək bacarığı;
  • Məsuliyyətli, punktual və öyrənməyə açıq olmaq;
  • Müəllimlik və ya Çin dili tədrisi üzrə təcrübə üstünlükdür;
  • İngilis və/və ya rus dili biliyi üstünlükdür.

Biz sizə nə təklif edirik?

  • Çinli müəllim tərəfindən mentor dəstəyi;
  • Hazır tədris metodikası və dərs materialları ilə təmin olunma;
  • Peşəkar inkişaf və metodiki dəstək;
  • Müxtəlif yaş və səviyyələrdə tələbələrlə işləmək imkanı;
  • Peşəkar və inkişafyönümlü komanda;
  • Uzunmüddətli əməkdaşlıq və karyera inkişafı imkanı;
  • Müasir və rahat iş mühiti.

İş şərtləri

  • İş yeri: Bakı, AF Mall
  • İş qrafiki: Razılaşdırılır
  • İş formatı: Part-time / Full-time
  • Əmək haqqı: Namizədin bilik, təcrübə və dərs yükünə əsasən müsahibə zamanı müəyyən edilir.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

CV göndərərkən mövzu hissəsində “Çin Dili Müəllimi” qeyd olunması xahiş olunur.

  • Daily2
  • Weekly240
  • Monthly491