Əsas vəzifələr:
- Şirkətin təsərrüfat-maliyyə fəaliyyətinin mühasibat uçotunun təşkil edilməsi
- Maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün və vaxtında əks olunmasına nəzarət
- 1C mühasibat proqramında tam işləmə və ehtiyac olduqda texniki tapşırıqların verilməsi
- ƏDV, Mənfəət Vergisi, DSMF və Statistika hesabatlarının hazırlanaraq elektron sistemlərlə təqdim olunması
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- İlkin sənədlərə əsasən düzgün vergi və mühasibat yazılışlarının aparılması və onların qanunvericilikdə müəyyən olunmuş müddət ərzində müvafiq orqanlara təqdim olunmasının təmin edilməsi
- Hesab və elektron qaimə-fakturaların yazılması
- Daxili sistemdə köçürmələrin idarə edilməsi, gündəlik qalıq hesabatlarının hazırlanması
- İşçilərin müvafiq suallarının cavablandırılması və məlumatların məxfiliyinin qorunması
- Rəhbərlik tərəfindən verilən digər vəzifə öhdəliklərinin icrası
Namizədə Tələblər:
- Ali təhsil (maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində)
- Satış və ya retail sahəsində minimum 3 il iş təcrübəsi
- 1C 8.3 proqramında yüksək səviyyədə təcrübə (qurulmasında iştirak üstünlükdür)
- IFRS üzrə biliklər və bu standartlara uyğun işləmək bacarığı
- Mənfəət vergisi və digər vergi bəyannamələrinin hazırlanmasında təcrübə
- Azərbaycan Respublikasının vergi və mühasibat uçotu qanunvericiliyini dərindən bilməli
- MS Excel və digər ofis proqramlarında sərbəst işləmə bacarığı
- Rus dili bilikləri üstünlükdür
- Detallara diqqətli və dəqiq işləmə bacarığı
- Məsuliyyətli və işinə ciddi yanaşma
Üstünlüklər:
- Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş Peşəkar Mühasib Sertifikatı (PMS)
- ACCA və digər beynəlxalq mühasibatlıq sertifikatları
İş yeri və qrafik:
- İş vaxtı 09:00 – 18:00
- İş günü 5/2
- İş yeri: “Badamdar Estates and Residences” (keçmiş Pullman\Kempinski Hotel).
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.