Baş Mühasib

  • Deadline 22 June 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifələr:

  • Şirkətin təsərrüfat-maliyyə fəaliyyətinin mühasibat uçotunun təşkil edilməsi
  • Maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün və vaxtında əks olunmasına nəzarət
  • 1C mühasibat proqramında tam işləmə və ehtiyac olduqda texniki tapşırıqların verilməsi
  • ƏDV, Mənfəət Vergisi, DSMF və Statistika hesabatlarının hazırlanaraq elektron sistemlərlə təqdim olunması
  • Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • İlkin sənədlərə əsasən düzgün vergi və mühasibat yazılışlarının aparılması və onların qanunvericilikdə müəyyən olunmuş müddət ərzində müvafiq orqanlara təqdim olunmasının təmin edilməsi
  • Hesab və elektron qaimə-fakturaların yazılması
  • Daxili sistemdə köçürmələrin idarə edilməsi, gündəlik qalıq hesabatlarının hazırlanması
  • İşçilərin müvafiq suallarının cavablandırılması və məlumatların məxfiliyinin qorunması
  • Rəhbərlik tərəfindən verilən digər vəzifə öhdəliklərinin icrası

Namizədə Tələblər:

  • Ali təhsil (maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində)
  • Satış və ya retail sahəsində minimum 3 il iş təcrübəsi
  • 1C 8.3 proqramında yüksək səviyyədə təcrübə (qurulmasında iştirak üstünlükdür)
  • IFRS üzrə biliklər və bu standartlara uyğun işləmək bacarığı
  • Mənfəət vergisi və digər vergi bəyannamələrinin hazırlanmasında təcrübə
  • Azərbaycan Respublikasının vergi və mühasibat uçotu qanunvericiliyini dərindən bilməli
  • MS Excel və digər ofis proqramlarında sərbəst işləmə bacarığı
  • Rus dili bilikləri üstünlükdür
  • Detallara diqqətli və dəqiq işləmə bacarığı
  • Məsuliyyətli və işinə ciddi yanaşma

Üstünlüklər:

  • Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş Peşəkar Mühasib Sertifikatı (PMS)
  • ACCA və digər beynəlxalq mühasibatlıq sertifikatları

İş yeri və qrafik:

  • İş vaxtı 09:00 – 18:00
  • İş günü 5/2
  • İş yeri: “Badamdar Estates and Residences” (keçmiş Pullman\Kempinski Hotel).

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily3
  • Weekly481
  • Monthly485