Tələblər
- Ali təhsil;
- Müvafiq sahədə azı 2 il iş təcrübəsi;
- Ofis proqramları və 1C proqramında işləmək bacarığı olmalı;
- Analitik düşünmə, təhliletmə qabiliyyəti;
- Sərbəst qərar verə bilmə bacarığı.
Vəzifələr
- İş planına əsasən anbar qalığının sistem və faktiki göstəricilər üzrə yoxlanılması;
- İş planına əsasən anbarlarda və mağazalarda fiziki şəkildə sayımın həyata keçirilməsi;
- Sayım əsasında sistem üzrə məhsul sayı faktiki məhsul sayından fərqli olduqda səbəblərin araşdırılması və aktlaşdırılması;
- Məhsul qalıqlarında aşkarlanan problemlər sistem xətası ilə əlaqəli olduqda düzəlişlər edilməsi üçün müraciətlərin aidiyyəti üzrə ünvanlanması;
- Ehtiyac olduqda məhsulların anbara mədaxil və anbardan məxaric sənədlərinin sistem üzrə yoxlanması;
- Sayım zamanı texniki təhlükəsizlik qaydalarına riayyət etməli, habelə, məhsulların yerləşmə ardıcıllığının qorunması və məhsulların zədələnməsinə şərait yaradılmamasının təşkili;
- Sayım prosesinin yekununda bütün məlumatların aktlaşdırılması və struktur rəhbərinə təqdim edilməsi;
- Hazırlanmış check list əsasında anbar və mağaza ərazilərinin auditini həyata keçirmək;
- Əlaqəli şöbələrlə məlumat və sənəd mübadiləsinin təşkili.
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər