Namizədə tələblər
- Ali təhsil
- Müvafiq sahədə azı 2 il iş təcrübəsi
- Ofis proqramları və 1C proqramında işləmək bacarığı olmalı
- Analitik düşünmə, təhliletmə qabiliyyəti
- Sərbəst qərar verə bilmə bacarığı.
Vəzifələr
- İş planına əsasən anbar qalığının sistem və faktiki göstəricilər üzrə yoxlanılması;
- İş planına əsasən anbarlarda və mağazalarda fiziki şəkildə sayımın həyata keçirilməsi;
- Sayım əsasında sistem üzrə məhsul sayı faktiki məhsul sayından fərqli olduqda səbəblərin araşdırılması və aktlaşdırılması;
- Məhsul qalıqlarında aşkarlanan problemlər sistem xətası ilə əlaqəli olduqda düzəlişlər edilməsi üçün müraciətlərin aidiyyəti üzrə ünvanlanması;
- Ehtiyac olduqda məhsulların anbara mədaxil və anbardan məxaric sənədlərinin sistem üzrə yoxlanması;
- Sayım zamanı texniki təhlükəsizlik qaydalarına riayyət etməli, habelə, məhsulların yerləşmə ardıcıllığının qorunması və məhsulların zədələnməsinə şərait yaradılmamasının təşkili;
- Sayım prosesinin yekununda bütün məlumatların aktlaşdırılması və struktur rəhbərinə təqdim edilməsi;
- Hazırlanmış check list əsasında anbar və mağaza ərazilərinin auditini həyata keçirmək;
- Əlaqəli şöbələrlə məlumat və sənəd mübadiləsinin təşkili.
İş yeri, qrafik və digər şərtlər:
- İş vaxtı 09:00 – 18:00
- İş günü 5/2
- İş yeri: Badamdar Estates/Residence binası (Mikayıl Muşfiq 1C)
- Sınaq müddətindən sonra şirkətin məhsullarına endirim tətbiq olunur
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV elektron poçt ünvana təqdim edə bilərlər.