Onlayn Satışa Dəstək Mütəxəssisi

  • Deadline 27 İyul 2024
Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Struktur : Elektron Ticarət Şöbəsi

İş yeri: Tbilisi pr. 56-da yerləşən Libraff Anbarı

Öhdəliklər:

  • Onlayn mağaza üçün anbara daxil olan məhsulları rəflərə yerləşdirmək və sənədlərini ERP-sistemində işləmək;
  • Operatorlar tərəfindən yönləndirilən sifarişləri hazırlamaq və kuryerlərə təhvil vermək:
  • Onlayn stoku daim nəzarətdə saxlamaq və stoka cavabdehlik daşımaq:
  • Stoku bitməkdə olan məhsullar üzrə tələb sənədi yaradaraq qalıqları bərpa etmək.

Tələblər:

  • Ali təhsil;
  • Azərbaycan dili və Rus dili biliyi ( İngilis dili arzu olunandır); 
  • Fikrini aydın ifadə etmə, ünsiyyətcil, detallara diqqət etmə və kollektivdə işləmə bacarığı: 
  • Orta səviyyədə Excel biliyi və Outlook programında istifadə etmə bacarığı:
  • Satış və anbar idarəetməsi sahəsində təcrübə üstünlükdür.

Təminatlar:

  • İş qrafiki: Həftə içi 6 gün, İstirahət günü -Bazar günü.
  • Əmək Haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq müsahibə əsasında təyin olunacaqdır.
  • Sınaq müddətindən sonra şirkətin məhsullarına endirim tətbiq olunur.

Vakansiya ilə maraqlanan namizədlər  CV-lərini mövzu (subject) hissədə müvafiq vakansiyanın adını qeyd etməklə elektron poçt ünvanına yönləndirə bilərlər. 

  • Günlük148
  • Həftəlik263
  • Aylıq263