Lider Avto MMC Lider Avto MMC
  • 778

Lider Avto MMC

Avtomobil sənayesi

Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühasib

  • Deadline 10 Aprel 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Gündəlik mühasibat uçotunun aparılması;
  • Alış və satış əməliyyatlarının 1C proqramında işlənməsi;
  • E-qaimə, hesab-faktura və müqavilələrin hazırlanması və qeydiyyatı;
  • Debitor və kreditor borclarına nəzarət;
  • Anbar qalığı və mal hərəkətinə nəzarət;
  • Bank əməliyyatlarının uçotu və ödəniş tapşırıqlarının hazırlanması;
  • Vergi, DSMF və statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Rəhbərliyə aylıq maliyyə hesabatlarının təqdim olunması.

Tələblər:

  • Ali təhsil (Mühasibatlıq, Maliyyə və ya İqtisadiyyat ixtisası üzrə);
  • Mühasib vəzifəsində minimum 2-3 il iş təcrübəsi (topdan satış sahəsində üstünlükdür);
  • 1C proqramını yaxşı səviyyədə bilmək;
  • Vergi qanunvericiliyini yaxşı bilmək;
  • ƏMAS və Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
  • MS Excel proqramında işləmə bacarığı;
  • Analitik düşünmə və məsuliyyətlilik.

İş şəraiti ilə bağlı məlumat:

  • İş günləri: həftədə 6 gün 
  • Əmək haqqı: 1000 ₼

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz şəkilli CV-lərini  məktubun mövzu hissəsində Mühasibqeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily0
  • Weekly528
  • Monthly1099