Liman hospital Liman hospital

Liman hospital

Səhiyyə

SMM (Videoqraf)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

SMM (Videoqraf)

  • Deadline 18 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Müəssisəmiz SMM (Videoqraf) vəzifəsinə vakansiya elan edilir: 

Vəzifə öhdəlikləri:

  • Şirkətin sosial media platformalarında brendin tanıtımını, məhsul və xidmətlərin təqdimatını təmin etmək, izləyici kütləsini artırmaq və müştəri ilə rəqəmsal ünsiyyəti gücləndirmək.
  • Sosial media kanallarının (Instagram, Facebook, TikTok, YouTube, LinkedIn və s.) idarə olunması
  • Həftəlik və aylıq kontent planlarının hazırlanması və rəhbərliklə razılaşdırılması
  • Postlar, story, reels və reklam məzmunlarının yaradılması (mətn, vizual və video formatda)
  • Auditoriya hədəflənməsi və reklam büdcəsinin səmərəli istifadəsi
  • Sosial media performansının gündəlik və aylıq izlənməsi və hesabatların hazırlanması
  • Müəssisənin sosial şəbəkə hesabları üçün foto və video materialların çəkilişini icra etmək
  • Təqdim edilən material və kontentlər əsasənda müəssisənin marketinq strategiyasına uyğun video çəkilişlərini həyata keçirmək
  • Video materialların, reklam və sosial çarxların montaj prosesini həyata keçirmək
  • Müəssisənin təşkil etdiyi müxtəlif tədbirlərin video çəkilişlərini standartlara uyğun qayda da icra etmək
  • Müəllif hüquqlarının qorunmasına nəzarət etmək

Namizədə tələblər:

  • Tibb sahəsində SMM təcrübəsi
  • Rəqəmsal marketinq alətləri üzrə bilik: Meta Business Suite, Ads Manager, SEO, SEM, Adobe Premiere Pro, Final Cut Pro və ya digər montaj proqramları
  • Müvafiq sahədə minimum 1-3 il iş təcrübəsi
  • Azərbaycan dilində sərbəst danışıq; rus dili bilikləri üstünlük sayılır
  • Marketinqin müxtəlif sahələri üzrə geniş bilik və kampaniya idarəetmə təcrübəsi, xüsusilə rəqəmsal kanallar üzrə   
  • Yaradıcı təkliflər vermək bacarığı
  • Kontent və satış yönümlü mətnlər hazırlamaq qabiliyyəti
  • Portfolio mütləqdir

İş barədə məlumat:

  • İş yeri: Sumqayıt, 6-cı mkr, Liman Hospital
  • İş rejimi: 6 günlük tam iş həftəsi, 09:00-dan 18:00-dək
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına görə təyin ediləcək

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkillə birlikdə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “SMM (Videoqraf)” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

  • Daily0
  • Weekly615
  • Monthly1708