Rəqəmsal reklam istiqamətini idarə edəcək, komandanı inkişaf etdirəcək və şirkətin müştəriləri üçün effektiv media və nəticəyönümlü reklam (performance) kampaniyaları həyata keçirəcək təcrübəli rəhbər axtarırıq.
Vəzifə öhdəlikləri
- Kompleks rəqəmsal reklam strategiyalarını hazırlamaq, əsaslandıraraq təqdim etmək və həyata keçirmək.
- Kommersiya təkliflərini və hesabatları müştəriyə təqdim etmək və əsaslandırmaq.
- Əsas müştərilər üçün kampaniya qrafikləri (flowchart) və media planları hazırlamaq.
- Komandaya tapşırıqlar vermək, təlim keçmək və dəstək göstərmək. Media planlarının və hesabatların hazırlanmasına, reklam alışına və kampaniyaların optimallaşdırılmasına nəzarət etmək.
- Reklam kampaniyalarının effektivliyini təhlil etmək və optimallaşdırma üzrə tövsiyələr hazırlamaq.
- Podratçılar, reklam satışı evləri (sales house), reklam platformaları və tərəfdaşlarla əməkdaşlıq etmək.
- Müddətlərə əməl olunmasına, reklam yerləşdirmələrinin keyfiyyətinə və KPI hədəflərinin yerinə yetirilməsinə nəzarət etmək.
- Kampaniya yekunları üzrə analitik hesabatlar və təqdimat materialları hazırlamaq.
- Şirkətin daxili proseslərinin və rəqəmsal reklam üzrə ekspertizasının inkişafında iştirak etmək.
- Müştərilərlə ünsiyyət qurmaq.
Tələblər
- Rəqəmsal sahədə ən azı 3 il iş təcrübəsi.
- Komanda idarəetməsi və müştəri layihələrinin aparılması üzrə təcrübə.
- Müasir rəqəmsal alətlər və reklam platformaları üzrə bilik.
- Təqdimat hazırlamaq və təqdim olunan yanaşmanı əsaslandırmaq bacarığı.
- Strategiya, kampaniya qrafiki, media planı və hesabat hazırlamaq təcrübəsi.
- Yüksək ünsiyyət və təşkilatçılıq bacarıqları.
- İngilis dili biliyi ən azı B1 səviyyəsində.
- Yeni alətləri müstəqil araşdırmaq və öyrənmək bacarığı.
Biz nə təklif edirik
- Peşəkar və dinamik komandada iş.
- Genişmiqyaslı və maraqlı layihələrdə iştirak.
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
- Rəqabətqabiliyyətli əməkhaqqı.
- Rahat iş şəraiti və korporativ dəstək.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.