Rəqəmsal reklam qrupunun rəhbəri

  • Истекает 25 декабрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Rəqəmsal reklam istiqamətini idarə edəcək, komandanı inkişaf etdirəcək və şirkətin müştəriləri üçün effektiv media və nəticəyönümlü reklam (performance) kampaniyaları həyata keçirəcək təcrübəli rəhbər axtarırıq.

Vəzifə öhdəlikləri

  • Kompleks rəqəmsal reklam strategiyalarını hazırlamaq, əsaslandıraraq təqdim etmək və həyata keçirmək.
  • Kommersiya təkliflərini və hesabatları müştəriyə təqdim etmək və əsaslandırmaq.
  • Əsas müştərilər üçün kampaniya qrafikləri (flowchart) və media planları hazırlamaq.
  • Komandaya tapşırıqlar vermək, təlim keçmək və dəstək göstərmək. Media planlarının və hesabatların hazırlanmasına, reklam alışına və kampaniyaların optimallaşdırılmasına nəzarət etmək.
  • Reklam kampaniyalarının effektivliyini təhlil etmək və optimallaşdırma üzrə tövsiyələr hazırlamaq.
  • Podratçılar, reklam satışı evləri (sales house), reklam platformaları və tərəfdaşlarla əməkdaşlıq etmək.
  • Müddətlərə əməl olunmasına, reklam yerləşdirmələrinin keyfiyyətinə və KPI hədəflərinin yerinə yetirilməsinə nəzarət etmək.
  • Kampaniya yekunları üzrə analitik hesabatlar və təqdimat materialları hazırlamaq.
  • Şirkətin daxili proseslərinin və rəqəmsal reklam üzrə ekspertizasının inkişafında iştirak etmək.
  • Müştərilərlə ünsiyyət qurmaq.

Tələblər

  • Rəqəmsal sahədə ən azı 3 il iş təcrübəsi.
  • Komanda idarəetməsi və müştəri layihələrinin aparılması üzrə təcrübə.
  • Müasir rəqəmsal alətlər və reklam platformaları üzrə bilik.
  • Təqdimat hazırlamaq və təqdim olunan yanaşmanı əsaslandırmaq bacarığı.
  • Strategiya, kampaniya qrafiki, media planı və hesabat hazırlamaq təcrübəsi.
  • Yüksək ünsiyyət və təşkilatçılıq bacarıqları.
  • İngilis dili biliyi ən azı B1 səviyyəsində.
  • Yeni alətləri müstəqil araşdırmaq və öyrənmək bacarığı.

Biz nə təklif edirik

  • Peşəkar və dinamik komandada iş.
  • Genişmiqyaslı və maraqlı layihələrdə iştirak.
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
  • Rəqabətqabiliyyətli əməkhaqqı.
  • Rahat iş şəraiti və korporativ dəstək.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly292
  • Monthly1765