Ümumi tələblər:
- Yaxşı ünsiyyət və insanlarla işləmə bacarığına sahib olmaq
- İnsan anatomiyası, fiziologiyası və qidalanma sahəsində güclü biliklərə malik olmaq
- Analitik və yenilikçi düşünmə qabiliyyətinə malik olmaq
- Komanda ilə işləməyə uyğun və əməkdaşlığa açıq olmaq
- Peşə etikası və iş intizamına riayət etmək
- Hijyen (gigiyena) şəhadətnaməsinə malik olmaq
- Məsuliyyətli, təşəbbüskar və nəticə yönümlü işləmə bacarığı
- Kompüter biliklərinə və ofis proqramlarında işləmə bacarığı
Təhsil və Təcrübə:
- Ali təhsil: Qidalanma və Pəhriz (Diyetologiya), Qida Mühəndisliyi və ya əlaqəli ixtisaslar üzrə ali təhsil
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi (tercihen catering, kütləvi yemək və ya xəstəxana yeməyi layihələrində)
İşin Təsviri:
- Pasiyentlərin qidalanma ehtiyaclarını və sağlamlıq vəziyyətlərini nəzərə alaraq fərdi və qrup halında, sağlam və balanslı menyuların hazırlanmasına nəzarət etmək
- Hazırlanan yeməklərin qida dəyərlərinin uyğunluğunu yoxlamaq və rasionların düzgün bölüşdürülməsini təmin etmək
- Gigiyena və sanitariya standartlarına uyğunluğun təmin olunmasına nəzarət etmək
- Mətbəx personalı ilə sıx əməkdaşlıq edərək qida təhlükəsizliyi və keyfiyyətinə nəzarət etmək
- Lazım gəldikdə xüsusi qidalanma ehtiyacı olan şəxslər üçün fərdi pəhriz planlarının hazırlanması
- Aylıq və ya həftəlik menyuların hazırlanması və rəhbərliyə hesabatların təqdim olunması
Müraciət üçün: Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Diyetoloq” qeyd edərək Müraciət Et düyməsində qeyd olunan mail ünvanına göndərmələri xahiş olunur.