İş barədə məlumat:
- Ali təhsil olması vacibdir.
- Mühasib olaraq minimum 3-5 il iş təcrübəsinin olması
- Mühasibat uçotu və vergi qanunvericiliyi üzrə mükəmməl biliklərin olması
- ERP sistemi üzrə bilik və təcrübələri olmalı, MS Excel üzrə-mükəmməl biliklərə sahib olmalı
- Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
- Elektron, qaimə, hesab-fakturaların işlənməsi və aktların işlənməsi.
- İnternet banking əməliyyatları tam şəkildə müstəqil aparılamsı
- Azərbaycan və Türk dili mükəmməl səviyyədə, rus və ingilis dilləri arzuolunandır.
Namizədə tələblər:
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil etmək və nəzarət etmək;
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil etmək və nəzarət etmək;
- İnternet banking vasitəsilə ilə bütün bank əməliyyatlarının icrası;
- Şirkətin qarşılaşdığı və qarşılaşa biləcəyi riskləri müəyyənləşdirmək;
- E-taxes, E-gov.az, E-custom portallarından istifadə;
- Debutor Kreditorlarla hesablaşmaların aparılması və xərc maddələrinin analızı.
Əmək haqqı:
- Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq.
- Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
- Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Mühasib” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.