Vəzifə və öhdəliklər:
- Nevroloji pasiyentlərin müayinələrə hazırlanması və müşayiəti
- Həkimin təyinatına əsasən EEQ (Pediatrik və yetişkin) və EMQ müayinələrinin aparılmasına dəstək vermək
- Müayinələr zamanı cihazların düzgün və təhlükəsiz istifadəsini təmin etmək
- Pasiyent məlumatlarının düzgün qeydiyyatını aparmaq
- Təmizlik, gigiyena və təhlükəsizlik qaydalarına riayət etmək
Tələblər:
- Orta tibb təhsil müəssisələrini “tibb bacısı”, “müalicə işi” və ya “mamalıq işi” ixtisası üzrə bitirməlidir.
- Ən azı 2 il əmək stajına malik olanlara üstünlük veriləcək.
- EEQ və EMQ cihazları ilə işləmə bacarığı üstünlük sayılır
- Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak etməlidir və həmin kursların sertifikatına malik olmalıdır.
- Məsuliyyətli, diqqətli, işçilərinə dair tələbkar
- Komanda iş və sürətli qərarlar bacarıqları önəmlidir.
Əmək haqqı:
- Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq.
- Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
İş rejimi:
- Növbəli
- Nahar şirkət tərəfindən verilir
Müraciət üçün: Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Nevroloji Tibb bacısı” qeyd edərək Müraciət Et düyməsində göstərilən mail ünvanına göndərmələri xahiş olunur.