Ələt qəsəbəsində yerləşən Qobustan 100 MVt Günəş Elektrik Stansiyasına məsuliyyətli və təcrübəli Aşpaz axtarılır.
Əsas vəzifələr:
- Təsdiq edilmiş menyuya uyğun olaraq gündə 3 dəfə — səhər yeməyi, nahar və şam yeməyi hazırlamaq;
- Ərzaq məhsullarını yemək hazırlanmasına uyğun şəkildə hazırlamaq;
- Yeməklərin hazırlanma texnologiyasına və porsiya standartlarına riayət etmək;
- Xammalın və hazır yeməklərin keyfiyyətinə nəzarət etmək;
- Məhsulların son istifadə tarixlərinə və saxlanma şəraitinə nəzarət etmək;
- Mətbəxdə sanitar-gigiyenik qaydalara riayət etmək;
- Mətbəxin, avadanlıqların, qab-qacağın və iş yerinin təmizliyini təmin etmək;
- Lazımi ərzaq məhsulları və təsərrüfat ləvazimatları üzrə sifarişlər hazırlamaq;
- Məhsul və materiallardan səmərəli və qənaətlə istifadə etmək;
- Əməyin mühafizəsi, təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək;
- Rəhbər tərəfindən verilən və vəzifə funksiyalarına uyğun digər tapşırıqları yerinə yetirmək.
Namizədə tələblər:
- Orta və ya orta ixtisas təhsili;
- Aşpaz kimi minimum 1 il iş təcrübəsi;
- Yemək hazırlanma texnologiyası və sanitar-gigiyena qaydaları barədə bilik;
- Məsuliyyətli, səliqəli və intizamlı olmaq.
İş yeri: Ələt qəsəbəsi və yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük veriləcək.
Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.