Aşpaz

  • Истекает 10 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Ələt qəsəbəsində yerləşən Qobustan 100 MVt Günəş Elektrik Stansiyasına məsuliyyətli və təcrübəli Aşpaz axtarılır.

Əsas vəzifələr:

  • Təsdiq edilmiş menyuya uyğun olaraq gündə 3 dəfə — səhər yeməyi, nahar və şam yeməyi hazırlamaq;
  • Ərzaq məhsullarını yemək hazırlanmasına uyğun şəkildə hazırlamaq;
  • Yeməklərin hazırlanma texnologiyasına və porsiya standartlarına riayət etmək;
  • Xammalın və hazır yeməklərin keyfiyyətinə nəzarət etmək;
  • Məhsulların son istifadə tarixlərinə və saxlanma şəraitinə nəzarət etmək;
  • Mətbəxdə sanitar-gigiyenik qaydalara riayət etmək;
  • Mətbəxin, avadanlıqların, qab-qacağın və iş yerinin təmizliyini təmin etmək;
  • Lazımi ərzaq məhsulları və təsərrüfat ləvazimatları üzrə sifarişlər hazırlamaq;
  • Məhsul və materiallardan səmərəli və qənaətlə istifadə etmək;
  • Əməyin mühafizəsi, təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək;
  • Rəhbər tərəfindən verilən və vəzifə funksiyalarına uyğun digər tapşırıqları yerinə yetirmək.

Namizədə tələblər:

  • Orta və ya orta ixtisas təhsili;
  • Aşpaz kimi minimum 1 il iş təcrübəsi;
  • Yemək hazırlanma texnologiyası və sanitar-gigiyena qaydaları barədə bilik;
  • Məsuliyyətli, səliqəli və intizamlı olmaq.

İş yeri: Ələt qəsəbəsi və yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük veriləcək.

Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily12
  • Weekly619
  • Monthly1095