Namizədə dair tələblər:
- Ali təhsil (İqtisadiyyat, Hüquq, Menecment üstünlükdür)
- Müqavilə hazırlama və sənəd işləri üzrə təcrübə (satış sahəsində təcrübə üstünlükdür)
- MS Office proqramlarından (xüsusilə Word və Excel) sərbəst istifadə bacarığı
- Yaxşı ünsiyyət və yazılı ifadə qabiliyyəti
- Komanda ilə işləmək bacarığı və operativlik
Vəzifə öhdəlikləri:
- Satış prosesinə aid olan bütün sənəd və məlumatların vaxtında, düzgün və qanunvericiliyə tam uyğun şəkildə idarə edilməsi, sənədləşmə ilə bağlı yaranan uyğunsuzluqların aradan qaldırılması və proseslərin optimallaşdırılması;
- Satış şöbəsinin daxili iş axınının səmərəli şəkildə təşkil olunmasına kömək etmək və şöbələrarası məlumat mübadiləsinin düzgün aparılmasını təmin etmək;
- Müştərilərdən daxil olan sorğuların cavablandırılması, ilkin məlumatların təqdim edilməsi, uyğun satış imkanlarının qiymətləndirilməsi;
- Satış şöbəsinin fəaliyyəti ilə bağlı gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması, məlumatların təhlil edilərək rəhbərliyə təqdim edilməsi;
- Rəhbərlik tərəfindən həvalə olunan digər aidiyyəti tapşırıqların yerinə yetirilməsi və s.
İş şərtləri:
- Əmək haqqı – Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcək.
- İş qrafiki: 5 günlük, 09:00 – 18:00
- Ünvan: Bakı şəh., Əhməd Rəcəbli 276
Mövzu hissəsinə “Satış üzrə mütəxəssis” qeyd etməklə CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz. Mövzu hissəsi boş olan cv-lərə baxılmayacaq.