Əməliyyatlar üzrə Mütəxəssis (Logistika)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əməliyyatlar üzrə Mütəxəssis (Logistika)

  • Deadline 22 Avqust 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Loadstar Logistics şirkətinə Əməliyyatlar üzrə Mütəxəssis axtarılır. Namizəd gündəlik logistika əməliyyatlarını idarə etməli, müştərilər, daşıyıcılar və tərəfdaşlarla operativ əlaqə saxlamalı, yüklərin vaxtında və problemsiz çatdırılmasını təmin etməlidir.

İş şəraiti

  • İş yeri: Bakı
  • İş rejimi: 5 günlük
  • Əmək haqqı: Başlanğıc 600 azn

Əsas vəzifələr:

  • Yerli və beynəlxalq yükdaşımalarının əməliyyat proseslərində iştirak etmək;
  • Daşıyıcılar, agentlər və müştərilərlə koordinasiyanı təmin etmək;
  • Yüklərin hərəkətini izləmək və müştəriləri məlumatlandırmaq;
  • Daşıma sənədlərinin hazırlanmasına və yoxlanılmasına dəstək olmaq;
  • Əməliyyat prosesində yaranan məsələlərin operativ həllində iştirak etmək;
  • Tariflərin alınması və müqayisəsini həyata keçirmək;
  • Məlumatların sistemə düzgün daxil edilməsini təmin etmək;
  • Rəhbərliyə tələb olunan hesabatların hazırlanmasına dəstək vermək.

​​​​​​​​​​​​​​Tələblər:

  • Logistika, nəqliyyat və ya oxşar ixtisas üzrə ali təhsil və ya bu sahədə təcrübə keçmiş olmaq;
  • Logistika sahəsində karyera qurmaq istəyi və öyrənməyə həvəs;
  • Azərbaycan dilində sərbəst, rus dilində yaxşı səviyyədə ünsiyyət bacarığı;
  • MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;
  • Məsuliyyətli, diqqətli və komanda ilə işləmək bacarığı.

​​​​​​​Üstünlük hesab olunur:

  • İngilis dili biliyi;
  • Logistika, ekspeditorluq və ya yükdaşımaları sahəsində iş və ya təcrübə təcrübəsi;
  • TMS, ERP və ya CRM sistemləri ilə tanışlıq.

Biz təklif edirik

  • İş prosesində öyrənmə və inkişaf imkanı;
  • Təcrübəli komandanın dəstəyi;
  • Karyera inkişaf perspektivi;
  • Stabil və peşəkar iş mühiti.

Maraqlanan namizədlər əməkhaqqı gözləntilərini qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.Mövzu hissəsində: "Əməliyyatlar üzrə Mütəxəssis" qeyd olunması xahiş olunur.

  • Daily1
  • Weekly1
  • Monthly1189