L Local Company
  • 806

Local Company

İstehsal müdiri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İstehsal müdiri

  • Deadline 18 May 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Namizədə Tələblər:

  • Təhsil: Ali;
  • Yaş həddi: 30-45;
  • Kompüter biliyi: MS Office  (Word, Excel); 1C proqramını bilənlərə üstünlük verilir;
  • İş təcrübəsi: İstehsalat sahəsində (qida) və zavodun idarəedilməsində 5-10 il təcrübə;

Vəzifə öhdəlikləri:

  • İstehsalın planlamasının həyata keçirilməsi;
  • İstehsal komandasının formalaşdırılması;
  • İstehsal planlarının icrasına gündəlik nəzarət;
  • İstehsal ilə satış və yuxarı rəhbərlik ilə münasibətlərin koordinasiya olunması;
  • İstehsal üçün zəruri olan xammal-material, ehtiyat hissələri və avadanlıqların vaxtında və düzgün təmin olunmasının təqib olunması;
  • Maya dəyərinə və keyfiyyətə nəzarət;
  • Şöbələrarası münasibətlərin idarə edilməsi;
  • Təmir planlarının hazırlanması və icrasına nəzarət olunması;
  • İstehsalat büdcəsinin hazırlanması və icrasına nəzarət edilməsi;
  • İstehsalat proseslərinin rəsmiləşdirilməsi və icrasına nəzarət edilməsi;
  • İstehsal prosesində iştirak edən işçi heyətinin vaxtında hazırlanmasına nəzarət edilməsi;
  • İstehsal ilə əlaqəsi olan infrastrukturun stabil fəaliyyət göstərməsinə nəzarət edilməsi;
  • Bütün istehsal prosesi üçün məsuliyyət daşıması;
  • Tabeliyində çalışan işcilər tərəfindən vəzifə öhdəliklərinin icrasına və onların hazırlıq səviyyəsinə daim nəzarət edilməsi.

Əmək haqqı: 3500 manat (təcrübədən asılı olaraq daha yüksək təklif edilə bilər).

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla Müraciət et butonunda qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.

  • Daily2
  • Weekly588
  • Monthly208