LPP Azerbaijan LPP Azerbaijan
  • 549

Regional satış meneceri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Regional satış meneceri

  • Deadline 23 Mart 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Təhkim olunmuş region üzrə pərakəndə satış əməliyyatlarına rəhbərlik və nəzarəti həyata keçirmək, satış hədəflərinin və KPI göstəricilərinin icrasını təmin etmək;
  • Mağazaların performansını mütəmadi izləmək, nəticələri təhlil etmək və zəruri hallarda korrektiv tədbirlər planı hazırlayıb icra etmək;
  • Kommersiya strategiyalarının, brend standartlarının və əməliyyat siyasətlərinin tam tətbiqini təmin etmək;
  • Mağaza menecerlərinin və pərakəndə satış komandalarının seçilməsi, təlimi, inkişafı və fəaliyyətinin qiymətləndirilməsini həyata keçirmək, aydın performans və inkişaf hədəfləri müəyyən etmək;
  • Region üzrə büdcəyə nəzarət etmək, əməliyyat xərclərini idarə etmək və şirkət siyasətlərinə uyğun olaraq işçi heyətinin optimallaşdırılmasını təmin etmək;
  • Vizual merçendayzinq və ümumi mağaza görünüşü üzrə yüksək standartların qorunmasını təmin etmək;
  • Region daxilində mağaza açılışları, bağlanışları və yenidənqurma layihələrini koordinasiya etmək;
  • Anbar idarəçiliyinə nəzarət etmək, əməliyyat səmərəliliyini təmin etmək;
  • Marketinq kampaniyalarının icrasına nəzarət etmək və mağazaların promosiya tədbirlərinə tam hazır olmasını təmin etmək;
  • Əmək qanunvericiliyinə, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına, eləcə də daxili şirkət siyasətlərinə uyğunluğu təmin etmək;
  • Baş ofis və digər funksional bölmələrlə (VM, Marketinq, HR, Logistika və s.) sıx əməkdaşlıq edərək region üzrə icranın şirkət strategiyasına uyğunluğunu təmin etmək.

Tələblər və səriştələr:

  • Pərakəndə satış idarəçiliyi və ya regional satış əməliyyatları sahəsində minimum 5 il iş təcrübəsi;
  • Komandaya rəhbərlik etmək və yüksək kommersiya nəticələri əldə etmək bacarığı;
  • Pərakəndə satış KPI-ları, satış analizləri və əməliyyat standartları üzrə möhkəm bilik;
  • İngilis dili biliyi – minimum B2 (upper-intermediate) səviyyəsində;
  • Microsoft Office proqramları və rəqəmsal satış alətləri üzrə bilik və bacarıqlar;
  • B kateqoriyalı sürücülük vəsiqəsi;
  • Ezamiyyətlərə hazır olmaq.

Təklif edirik:

  • Şirkətin əməkhaqqı siyasətinə uyğun rəqabətli əməkhaqqı;
  • Şirkət məhsullarına 25% əməkdaş endirimi;
  • Xidməti avtomobil;
  • Peşəkar inkişaf və təlim imkanları.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily111
  • Weekly369
  • Monthly2259