Vəzifə öhdəlikləri:
- Məhsulların anbarlardan qəbul edilməsi və sənədləşdirilməsi;
- Malların təyin olunmuş marşrut üzrə satış nöqtələrinə vaxtında və təhlükəsiz çatdırılması;
- Çatdırılma zamanı sənədləşmə işlərinin (qaimə, faktura və s.) düzgün aparılması;
- Geri qaytarılan malların qəbulu və müvafiq qaydada anbara təhvil verilməsi;
- Şirkət avtomobilinin və daşınan yükün təmizliyinə və sazlığına nəzarət edilməsi.
Namizədə dair tələblər:
- Sürücülük vəsiqəsi (BC kateqoriyası mütləqdir);
- Şəhər yollarını yaxşı tanımalı;
- Oxşar sahədə minimum 1 il iş təcrübəsi;
- Məsuliyyətli, dürüst və kollektivdə işləmək bacarığı;
- Fiziki dözümlülük və operativlik.
Biz nə təklif edirik:
- Əmək haqqı: 700 - 1000 AZN (təcrübə və performansa uyğun olaraq);
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
- İş qrafiki: 6 günlük
- Nahar və korporativ nömrə
Maraqlanan namizədlər CV-lərini "Ekspeditor" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.