Biz interyer mallarının satışı ilə məşğul olan, dinamik inkişaf edən bir şirkətik. Aparıcı istehsalçılarla əməkdaşlıq edərək, müştərilərimizə keyfiyyətli və müasir işıqlandırma həlləri təqdim edirik. Biznesin genişlənməsi ilə əlaqədar Satış koordinatoru vəzifəsinə təcrübəli və iddialı mütəxəssis axtarırıq. Bu vəzifə satış komandasının effektiv idarə olunmasını, müştəri bazasının genişləndirilməsini və satış həcminin artırılmasını nəzərdə tutur.
Vəzifə öhdəlikləri:
- Satışlar üzrə direktorun gündəlik işlərində inzibati və analitik dəstəyin göstərilməsi
- Gündəlik, həftəlik və aylıq KPI hesabatlarının hazırlanması və təhlili
- Satış göstəricilərinin toplanması, sistemləşdirilməsi və analiz edilməsi
- Satış komandası ilə koordinasiyanın aparılması, planların və tapşırıqların icrasına nəzarət
- Müştərilər və layihələrlə bağlı daxili sənədlərin və hesabatların aparılması
- İclaslarda, təqdimatlarda və danışıqlarda iştirak və təşkilatçılıq
- Logistika, marketinq, satınalma və mühasibatlıq şöbələri ilə əməkdaşlıq
- Satışın inkişafı üzrə strateji və operativ planların hazırlanmasında iştirak
- Satış komandası üçün təlimlərin və daxili tədbirlərin təşkili və dəstəklənməsi
- Rəqib şirkətlərin fəaliyyəti və bazar tendensiyalarının monitorinqi, təhlil hesabatlarının hazırlanması
- Gündəlik mağazaları ziyarət edilməsi
- Anbar və mağazalarda sayım proseslərinin təşkili və iştirak
- Direktorun verdiyi digər tapşırıqların yerinə yetirilməsi
Namizədə tələblər:
- Satış sahəsində ən azı 2 il iş təcrübəsi
- KPI sistemi barədə geniş məlumat və təcrübə
- MS Office proqramlarında (xüsusilə Excel) peşəkar səviyyədə işləmə bacarığı
- 1C proqramını sərbəst istifadə bacarığı
- Retail Audit üzrə bilik və təcrübə.
- Diqqətli, analitik düşüncəli, çoxlu tapşırıqlarla işləmə qabiliyyətli
- Səlis danışıq və yazılı ünsiyyət bacarıqları
- Məsuliyyətli, təşəbbüskar və nəticəyə fokuslanmış
- Azərbaycan və rus dillərini sərbəst bilmə
Təklif edirik:
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
- Kişi namizədlər, yaş həddi 30-45
- İş qrafiki: həftə ərzində 6 iş günü 09:00 - 19:00, istirahət - həftədə 1 gün
- Əmək haqqı: 1200 AZN (namizədin bilik və bacarıqlarına uyğun olaraq dəyişə bilər)
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış koordinatoru” sözlərini qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.