Vəzifə öhdəlikləri:
Sosial şəbəkələrin idarə olunması:
- Sosial şəbəkələr üçün (Instagram, Facebook, TikTok və s.) məzmun strategiyasının hazırlanması və həyata keçirilməsi.
- Məzmunun yaradılması və yerləşdirilməsi (mətnlər, foto, video, storilər, reels və s.).
- Vizual tərtibat üzərində işləmək: paylaşımların dizaynı, kreativlərin hazırlanması (dizaynerlə birlikdə və ya müstəqil).
- Trendləri izləmək və onları brendə uyğunlaşdırmaq.
- Auditoriya ilə aktiv ünsiyyət qurmaq, şərhlərə, mesajlara və zənglərə (ehtiyac olduqda) cavab vermək.
- Hədəflənmiş reklamın qurulması və analiz edilməsi (arzuolunandır).
- Məzmunun effektivliyini analiz etmək, hesabatlar hazırlamaq və təkmilləşdirmə təklifləri vermək.
Marketpleyslərdə satışların inkişaf etdirilməsi:
- Məhsulların Wolt, Umico və digər platformalarda yerləşdirilməsi və tanıdılması.
- Məhsulların satış saytımıza yerləşdirilməsi və gələn sorguların cavablandırılması
- Məhsul kartlarının optimizasiyası (foto, təsvir, açar sözlər).
- Rəyləri izləmək, müştərilərlə platforma daxilində işləmək.
Namizədə tələblər:
- SMM sahəsində ən azı 1 il iş təcrübəsi (pərakəndə satış və e-ticarət sahəsində təcrübə üstünlükdür).
- Azərbaycan və Rus dillərində sərbəst danışıq və yazı bacarığı.
- Məzmun yaratmaq bacarığı: satışyönlü və cəlbedici mətnlərin yazılması, foto və video çəkilişləri aparmaq.
- Qrafik dizayn proqramları ilə işləmək bacarığı (Canva, Adobe Photoshop, Figma, Adobe illustrator, Cup cut).
- Sosial şəbəkələrin alqoritmləri və rəqəmsal marketinq trendləri haqqında biliklər.
- Yaradıcılıq, təşəbbüskarlıq və komanda ilə işləmək bacarığı.
- Düzgün Targetingin qurulması (Meta Business Suite)
Biz nə təklif edirik?
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki həftənin 5 günü (bazar ertəsi-cümə) ;
- İş saatı: 09.00-18.00
- Əmək haqqı 800 AZN (əmək haqqı namizədlərin bilik/bacarıq/təcrübələrinə əsasən dəyişə bilər)
CV-nizi və varsa, nümunə işlərinizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanı vasitəsilə göndərin. Məktubda özünüz və iş təcrübəniz haqqında qısa məlumat yazmağınız xahiş olunur.