Lumegrand 20 illik təcrübəsi ilə işıqlandırma, mebel, dekor və ev tekstili sahələrində fəaliyyət göstərən, müasir interyerlər üçün estetik, funksional və yüksək keyfiyyətli məhsul təqdim edən şirkətdir.Pərakəndə və topdan satış istiqamətində fəaliyyət göstərərək həm fərdi müştərilərə, həm də biznes və layihələrə geniş məhsul seçimi təqdim edirik.Hazırda Lumegrand brendinin rəqəmsal inkişafını gücləndirmək, sosial mediada daha fərqli və peşəkar vizual üslub formalaşdırmaq, auditoriyanın aktivliyini artırmaq və yeni satış imkanları yaratmaq məqsədilə komandamıza SMM Menecer axtarırıq.
Vəzifə öhdəlikləri
- Şirkətin Instagram, Facebook, TikTok və digər sosial media hesablarını idarə etmək;
- Sosial media üçün aylıq və həftəlik kontent planı hazırlamaq;
- Məhsulların təqdimatı üçün foto və video çəkilişləri həyata keçirmək;
- Reels, Stories və digər formatlarda kreativ video kontentlər hazırlamaq;
- Məhsul və kampaniyaların təqdimatı üçün mağazalarda canlı yayımlar (Live) təşkil etmək və idarə etmək;
- Meta Ads və digər platformalarda targetinq reklam kampaniyaları yaratmaq, idarə etmək və optimallaşdırmaq;
- Reklam büdcəsinin səmərəli istifadəsini təmin etmək;
- Reklam kampaniyalarının nəticələrini analiz etmək və hesabatlar hazırlamaq;
- Sosial media hesablarının gündəlik aktivliyini və auditoriya ilə qarşılıqlı əlaqəni təmin etmək;
- Şərh və mesajları vaxtında cavablandırmaq və müştəri müraciətlərini düzgün yönləndirmək;
- Yeni sosial media trendlərini izləmək və şirkətin kontent strategiyasında tətbiq etmək;
- Məhsulların, endirimlərin və kampaniyaların sosial şəbəkələrdə effektiv şəkildə tanıdılmasını təmin etmək;
- Rəqiblərin sosial media fəaliyyətini izləmək və yeni ideyalar təklif etmək.
Namizədə tələblər
- SMM və sosial media idarəçiliyi sahəsində iş təcrübəsi;
- Instagram, Facebook və TikTok platformalarını yaxşı bilmək;
- Meta Ads / Targeting üzrə praktiki təcrübə;
- Telefon və ya kamera ilə keyfiyyətli video çəkilişi bacarığı;
- Reels və qısa video kontent hazırlamaq bacarığı;
- Canlı yayımların idarə olunması üzrə təcrübə;
- Kreativ düşüncə və yeni ideyalar yaratmaq bacarığı;
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət (Rus dili arzuolunandır).
- İşində məsuliyyətli, operativ və nəticəyönümlü olmaq.
Üstünlüklər
- CapCut, Canva, Adobe Photoshop və ya digər montaj/dizayn proqramlarını bilmək (arzuolunandır).
- İşıqlandırma, mebel və interyer məhsullarının təqdimatı üzrə təcrübə (arzuolunandır).
- Satış yönümlü reklam və kontent hazırlamaq bacarığı;
- Şəxsi portfolio və əvvəlki iş nümunələrinin olması.
Biz nə təklif edirik
- Peşəkar və inkişaf yönümlü iş mühiti;
- Kreativ ideyaların həyata keçirilməsi üçün imkan;
- Stabil iş və karyera inkişafı;
- Əməkhaqqı: start 700 AZN (müsahibə əsasında artım ola bilər)
- Həftədə 5 iş günü.İstirahət günləri həftə ərzində iş qrafikinə uyğun olaraq dəyişə bilər.
- İş saatları: 09:00 – 18:00
CV-nizi və varsa, nümunə işlərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Məktubda özünüz və iş təcrübəniz haqqında qısa məlumat yazmağınız xahiş olunur.