İş barədə məlumat
- Daşınmaz əmlak sahəsində fəaliyyət göstərən komandamıza aktiv, ünsiyyətcil və satış bacarığı olan əməkdaş axtarırıq.
İş şəraiti:
- 500 AZN sabit maaş + satış nəticələrindən asılı olaraq əlavə bonus;
- Əlavə bonus və satışdan komissiya;
- İş yeri: Bakı şəhəri.
- Satış sahəsində inkişaf etmək, müştərilərlə işləmək və gəlirini nəticələrinə uyğun artırmaq istəyən namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Öhdəliklər
- Müştərilərlə əlaqə saxlamaq və görüşlər təşkil etmək;
- Mənzil, villa və torpaq sahələrinin təqdimatını keçirmək;
- Yeni müştərilərin cəlb edilməsi və satış imkanlarının yaradılması;
- Müştərilərin ehtiyaclarına uyğun əmlak təklif etmək;
- Satış prosesini izləmək və müştərilərlə davamlı əlaqə saxlamaq.
Tələblər
- Yüksək ünsiyyət və təqdimat bacarığı;
- Azərbaycan dilində səlis danışıq;
- Aktivlik, məsuliyyət və nəticəyönümlülük;
- Komandada işləmək bacarığı;
- Daşınmaz əmlak və satış sahəsində təcrübə üstünlükdür.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.