İş yeri: Mehdiabad qəsəbəsi, Novxanı yolu
Əmək haqqı: 1300 AZN
Vəzifə öhdəlikləri:
- Beton zavodu üçün xammal, ehtiyat hissələri və digər zəruri materialların satınalınmasını təşkil etmək.
- Təchizatçılardan qiymət təklifləri toplamaq və müqayisə etmək.
- Təchizatçılarla qiymət, keyfiyyət və çatdırılma şərtləri üzrə danışıqlar aparmaq.
- Sifarişlərin vaxtında çatdırılmasına nəzarət etmək.
- Anbar və istehsalat bölmələri ilə satınalma ehtiyaclarını dəqiqləşdirmək.
- Satınalma sənədlərini və hesabatlarını hazırlamaq.
Namizədə tələblər:
- Satınalma və ya təchizat sahəsində iş təcrübəsi.
- Beton istehsalı və tikinti materialları sahəsində təcrübə üstünlükdür.
- MS Office, xüsusilə Excel proqramında işləmək bacarığı.
- Danışıqlar aparmaq və qiymət təkliflərini təhlil etmək bacarığı.
- Məsuliyyətlilik, diqqətlilik və təşkilatçılıq.
Maraqlanan namizədlər CV-lərini “Satınalma üzrə mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.