Vəzifə öhdəlikləri:
- Şirkətin maliyyə strategiyasının müəyyənləşdirilməsi və icrasına nəzarət edilməsi;
- Aylıq maliyyə hesabatının Baş Direktora və Müşahidə Şurasına təqdim edilməsi;
- İllik büdcənin təsdiq edilməsi;
- Daxili Audit (IFRS əsaslı) proseslərinin koordinasiya edilməsi;
- Xarici auditorlarla əməkdaşlığın koordinasiya edilməsi.
Namizədə tələblər
- Yaş: 25 – 40;
- Maliyyə, mühasibat üzrə ali təhsil;
- Minimum 3 il maliyyə sahəsində iş təcrübəsi;
- Logistika, nəqliyyat və ya ticarət sektorunda təcrübə olması üstünlükdür;
- ACCA F3; ACCA F9; CFA Level 1 – arzuolunandır; FMVA – güclü üstünlükdür;
- Windows əməliyyat sistemləri və Microsoft Office proqramları üzrə yüksək səviyyə bilik;
- Güclü analitik düşüncə və ünsiyyət bacarığı;
- İngilis dili – pre-intermediate və yuxarı;
- 1C sistemi ilə iş təcrübəsi.
İş rejimi və əmək haqqı:
- Əmək haqqı – razılaşma yolu ilə
- İş qrafiki: həftə içi 5 gün (saat 09:30-dan 17:30-dək)
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Baş Maliyyə Mütəxəssisi / Maliyyə Direktoru” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.