Vəzifə öhdəlikləri:
- Biznes prosesləri ilə tanış olmaq, məlumat mənbələrinin müəyyənləşdirilməsində iştirak etmək
- Müxtəlif biznes istiqamətləri üzrə məlumatların toplanması və ilkin analizinin aparılması.
- Proseslərdə müşahidə olunan kənarlaşmaların müəyyən edilməsi və nəticələrin bölmə müdirinə təqdim olunması.
- Data keyfiyyətinin yoxlanılması: çatışmayan, təkrar və uyğunsuz qeydlərin aşkar edilməsi və bildirilməsi.
- KPI göstəriciləri və idarəetmə tabloları üçün məlumatların hazırlanmasına dəstək göstərilməsi.
- Məsul olduğu analitik tapşırıqların nəticələrini və layihə üzrə gördüyü işləri müstəqil və ya bölmə rəhbəri ilə birlikdə təqdim edə bilməsi.
- Analitik nəticələr əsasında qərarın bölmə müdiri tərəfindən verilməsi, işlərin icrasına nəzarətin isə şöbə müdiri tərəfindən həyata keçirilməsi.
Namizədə tələblər
- Yaş: 25 – 40;
- Data analitikası, statistika, riyaziyyat, informasiya texnologiyaları və ya mühəndislik üzrə ali təhsil (və ya müvafiq sahədə təhsil alan tələbə).
- Data analitikası və ya məlumatlarla iş sahəsində ilkin təcrübə (təcrübə proqramı və ya praktiki layihələr üstünlükdür).
- SQL — baza və ya orta səviyyə.
- Python — baza səviyyəsi (Pandas kitabxanası ilə işləmək bacarığı üstünlükdür).
- Excel — orta səviyyə; Power BI və ya digər vizuallaşdırma alətləri üzrə ilkin biliklər.
- Məlumatların toplanması, təmizlənməsi və təhlili üzrə ilkin biliklər.
- Biznes prosesləri və əsas performans göstəriciləri (KPI) haqqında ümumi anlayış.
- İngilis dili — pre-intermediate və yuxarı.
- Analitik düşüncə, diqqətlilik, problem həll etmə və öyrənməyə açıqlıq.
İş rejimi və əmək haqqı:
- Əmək haqqı – ilkin 700 AZN
- İş qrafiki: həftə içi 5 gün (saat 09:30-dan 17:30-dək)
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Junior Data Analyst / Kiçik Data Analitik” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.