Junior Data Analyst / Kiçik Data Analitik

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Junior Data Analyst / Kiçik Data Analitik

  • Deadline 27 December 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Biznes prosesləri ilə tanış olmaq, məlumat mənbələrinin müəyyənləşdirilməsində iştirak etmək
  • Müxtəlif biznes istiqamətləri üzrə məlumatların toplanması və ilkin analizinin aparılması.
  • Proseslərdə müşahidə olunan kənarlaşmaların müəyyən edilməsi və nəticələrin bölmə müdirinə təqdim olunması.
  • Data keyfiyyətinin yoxlanılması: çatışmayan, təkrar və uyğunsuz qeydlərin aşkar edilməsi və bildirilməsi.
  • KPI göstəriciləri və idarəetmə tabloları üçün məlumatların hazırlanmasına dəstək göstərilməsi.
  • Məsul olduğu analitik tapşırıqların nəticələrini və layihə üzrə gördüyü işləri müstəqil və ya bölmə rəhbəri ilə birlikdə təqdim edə bilməsi.
  • Analitik nəticələr əsasında qərarın bölmə müdiri tərəfindən verilməsi, işlərin icrasına nəzarətin isə şöbə müdiri tərəfindən həyata keçirilməsi.

Namizədə tələblər

  • Yaş: 25 – 40;
  • Data analitikası, statistika, riyaziyyat, informasiya texnologiyaları və ya mühəndislik üzrə ali təhsil (və ya müvafiq sahədə təhsil alan tələbə).
  • Data analitikası və ya məlumatlarla iş sahəsində ilkin təcrübə (təcrübə proqramı və ya praktiki layihələr üstünlükdür).
  • SQL — baza və ya orta səviyyə.
  • Python — baza səviyyəsi (Pandas kitabxanası ilə işləmək bacarığı üstünlükdür).
  • Excel — orta səviyyə; Power BI və ya digər vizuallaşdırma alətləri üzrə ilkin biliklər.
  • Məlumatların toplanması, təmizlənməsi və təhlili üzrə ilkin biliklər.
  • Biznes prosesləri və əsas performans göstəriciləri (KPI) haqqında ümumi anlayış.
  • İngilis dili — pre-intermediate və yuxarı.
  • Analitik düşüncə, diqqətlilik, problem həll etmə və öyrənməyə açıqlıq.

İş rejimi və əmək haqqı:

  • Əmək haqqı – ilkin 700 AZN
  • İş qrafiki: həftə içi 5 gün (saat 09:30-dan 17:30-dək)

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Junior Data Analyst / Kiçik Data Analitik” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily0
  • Weekly477
  • Monthly1941