SƏTƏM Mütəxəssisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

SƏTƏM Mütəxəssisi

  • Deadline 14 Sentyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək;
  • İstehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
  • Ətraf mühitin mühafizəsi ilə bağlı tədbirlərin həyata keçirilməsində iştirak etmək;
  • Əməyin mühafizəsi üzrə təlimatların hazırlanmasını və tətbiqini təmin etmək;
  • Yeni işə qəbul olunan əməkdaşlara əməyin mühafizəsi üzrə giriş təlimatını keçirmək;
  • SƏTƏM üzrə təlimat jurnallarının düzgün aparılmasına və imzalanmasına nəzarət etmək;
  • Müntəzəm sahə yoxlamaları aparmaq, aşkar edilmiş uyğunsuzluqları qeydə almaq və aradan qaldırılması üçün tədbirlər görmək;
  • İşçilərin əməyin mühafizəsi ilə bağlı müraciətlərini araşdırmaq və müvafiq tədbirlər görmək;
  • Görülmüş işlər və yoxlamaların nəticələri barədə rəhbərliyə mütəmadi hesabat təqdim etmək;
  • Şirkətin daxili qaydalarına, müəyyən edilmiş standart və prosedurlara, həmçinin əmək qanunvericiliyinin tələblərinə riayət etmək;
  • Vəzifə üzrə verilmiş tapşırıqları vaxtında, keyfiyyətlə və məsuliyyətlə yerinə yetirmək;
  • İstifadəsində olan material və inventarlardan düzgün istifadə etmək və onların qorunmasını təmin etmək.

Namizədə tələblər

  • Yaş: 30 – 45;
  • SƏTƏM sahəsində təcrübə 3-5 il;
  • Kompüter bilikləri;
  • Məsuliyyətli, diqqətli və operativ olmaq;
  • Komandada işləmək və ünsiyyət bacarığı.

İş rejimi və əmək haqqı:

  • Əmək haqqı – 700 manat
  • İş qrafiki: həftə içi 5 gün (saat 09:30-dan 17:30-dək)

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “SƏTƏM Mütəxəssisi ” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily97
  • Weekly574
  • Monthly1172