İş şəraiti
- İş yeri: Bakı
- İş qrafiki: Tam iş günü
- Əmək haqqı: 1500 AZN
Vəzifə haqqında
- Restoran şəbəkəmizə məlumatların təhlili və biznes qərarlarının optimallaşdırılması istiqamətində çalışacaq Data Analitik axtarırıq.
- Namizəd restoran əməliyyatlarının bütün əsas göstəricilərini izləyəcək, analitik hesabatlar hazırlayacaq, problemləri müəyyən edəcək və onların həlli üçün praktik təkliflər təqdim edəcək.
Əsas vəzifələr
- Gündəlik, həftəlik və aylıq satış məlumatlarının təhlilini aparmaq;
- Məhsul kateqoriyaları, filiallar və satış kanalları üzrə performans göstəricilərini qiymətləndirmək;
- Ən çox və ən az satılan məhsulları müəyyən etmək, menyunun optimallaşdırılması üzrə təkliflər hazırlamaq;
- Müştəri davranışını, sifariş vərdişlərini və alış tendensiyalarını təhlil etmək;
- Gəlir, xərc, mənfəət və rentabellik üzrə analitik hesabatlar hazırlamaq;
- Food Cost və digər maliyyə göstəricilərini izləmək və təhlil etmək;
- Marketinq kampaniyalarının, endirim və loyallıq proqramlarının tərtibatı üçün analitik məlumatlarını təqdim etmək;
- Satış proqnozları hazırlamaq və mövsümi tendensiyaları analiz etmək;
- Rəhbərlik üçün gündəlik, həftəlik və aylıq analitik hesabatlar təqdim etmək;
- Müxtəlif şöbələrlə əməkdaşlıq edərək məlumat əsaslı qərarların qəbuluna dəstək göstərmək.
Namizədə tələblər
- Data Analitikası, Statistika, Riyaziyyat, İqtisadiyyat, Maliyyə və ya İnformasiya Texnologiyaları üzrə ali təhsil;
- Data analitikası və ya biznes analitikası sahəsində minimum 3 il iş təcrübəsi;
- Restoran, HoReCa və ya pərakəndə satış sektorunda təcrübə üstünlük hesab olunur;
- Microsoft Excel proqramını yüksək səviyyədə bilmək (Pivot Table, Power Query, mürəkkəb düsturlar və məlumat analizi);
- SQL vasitəsilə məlumat bazalarından məlumat çıxarma və emal etmə bacarığı;
- Statistika və biznes analitikası üzrə əsas biliklər;
- Analitik düşüncə, detallara diqqət, problem həll etmə və təqdimat bacarıqları;
- Böyük həcmli məlumatlarla işləmək bacarığı.
Müraciət etmək üçün CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına, mövzuda "Data analitik" sözünü qeyd etməklə göndərməyiniz xahiş olunur.