MADO Azərbaycan MADO Azərbaycan
  • 160

Data Analitik (Restoran Sektoru)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Data Analitik (Restoran Sektoru)

  • Deadline 21 September 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti

  • İş yeri: Bakı
  • İş qrafiki: Tam iş günü
  • Əmək haqqı: 1500 AZN

Vəzifə haqqında

  • Restoran şəbəkəmizə məlumatların təhlili və biznes qərarlarının optimallaşdırılması istiqamətində çalışacaq Data Analitik axtarırıq. 
  • Namizəd restoran əməliyyatlarının bütün əsas göstəricilərini izləyəcək, analitik hesabatlar hazırlayacaq, problemləri müəyyən edəcək və onların həlli üçün praktik təkliflər təqdim edəcək.

Əsas vəzifələr

  • Gündəlik, həftəlik və aylıq satış məlumatlarının təhlilini aparmaq;
  • Məhsul kateqoriyaları, filiallar və satış kanalları üzrə performans göstəricilərini qiymətləndirmək;
  • Ən çox və ən az satılan məhsulları müəyyən etmək, menyunun optimallaşdırılması üzrə təkliflər hazırlamaq;
  • Müştəri davranışını, sifariş vərdişlərini və alış tendensiyalarını təhlil etmək;
  • Gəlir, xərc, mənfəət və rentabellik üzrə analitik hesabatlar hazırlamaq;
  • Food Cost və digər maliyyə göstəricilərini izləmək və təhlil etmək;
  • Marketinq kampaniyalarının, endirim və loyallıq proqramlarının tərtibatı üçün analitik məlumatlarını təqdim etmək;
  • Satış proqnozları hazırlamaq və mövsümi tendensiyaları analiz etmək;
  • Rəhbərlik üçün gündəlik, həftəlik və aylıq analitik hesabatlar təqdim etmək;
  • Müxtəlif şöbələrlə əməkdaşlıq edərək məlumat əsaslı qərarların qəbuluna dəstək göstərmək.

Namizədə tələblər

  • Data Analitikası, Statistika, Riyaziyyat, İqtisadiyyat, Maliyyə və ya İnformasiya Texnologiyaları üzrə ali təhsil;
  • Data analitikası və ya biznes analitikası sahəsində minimum 3 il iş təcrübəsi;
  • Restoran, HoReCa və ya pərakəndə satış sektorunda təcrübə üstünlük hesab olunur;
  • Microsoft Excel proqramını yüksək səviyyədə bilmək (Pivot Table, Power Query, mürəkkəb düsturlar və məlumat analizi);
  • SQL vasitəsilə məlumat bazalarından məlumat çıxarma və emal etmə bacarığı;
  • Statistika və biznes analitikası üzrə əsas biliklər;
  • Analitik düşüncə, detallara diqqət, problem həll etmə və təqdimat bacarıqları;
  • Böyük həcmli məlumatlarla işləmək bacarığı.

Müraciət etmək üçün CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına, mövzuda "Data analitik" sözünü qeyd etməklə göndərməyiniz xahiş olunur.

  • Daily4
  • Weekly570
  • Monthly1746