İş Haqqında
Bu vəzifədə siz şagirdlərə Arduino, Micro:bit, Scratch proqramlaşdırması, 3D dizayn, STEM/Maker bilikləri kimi sahələri öyrədərək onların texniki bacarıqlarını inkişaf etdirməyə kömək edəcəksiniz.
Biz komandamıza yaradıcı, innovativ və texnologiya sahəsində bilikli müəllimlər qatmaq istəyirik. Əgər elektronika və robototexnika sahəsində təcrübəniz varsa və uşaqlarla işləməyi sevirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik!
Namizədə Tələblər
- Elektronika və Robototexnika müəllimi kimi ən az 1-2 il iş təcrübəsi
- Arduino, Micro:bit, Scratch proqramlarında kodlaşdırma bacarığı
- 3D dizayn üzrə biliklər
- STEM / Maker təhsili və metodikalarına bələdlik
- Texniki fənlər üzrə ali təhsil (Mühəndislik, Elektronika, Kompüter elmləri və s.)
- Özünü inkişaf etdirməyə və yeniliklərə açıq olmaq
- Komandada işləmə bacarığı
- Ünsiyyət qurmaq və dərs izah etmək bacarığı
Sizə Təklif Edirik
- Yenilikçi və dinamik iş mühiti
- Şəxsi və peşəkar inkişaf imkanları
- İnnovativ tədris metodları və texnologiyaları ilə işləmək imkanı
- Tələbələrlə birlikdə real layihələr üzərində çalışma şansı
Əgər siz də gələcəyin mühəndislərini yetişdirmək istəyirsinizsə, müraciət edin!
Mövzu hissəsində “Elektronika və Robototexnika Müəllimi” yazmağı unutmayın.