Satış Məsləhətçisi (Telesales / Digital Solutions)

  • Истекает 25 декабрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Maffin.tech müəssisələr üçün HRM, ERP, GPS izləmə, davamiyyətə nəzarət və süni intellekt əsaslı rəqəmsal həllər təqdim edir. Komandamıza satışda aktiv və nəticəyönümlü Satış Məsləhətçisi axtarırıq.

Vəzifə öhdəlikləri

  • Potensial korporativ müştərilərlə telefon və digər kanallar vasitəsilə ilk əlaqəni qurmaq;
  • Məhsul və xidmətlərimizi təqdim etmək, görüşlər təyin etmək və satış prosesini idarə etmək;
  • Müştərinin ehtiyacını müəyyən edərək uyğun həlli təklif etmək;
  • Müştəri məlumatlarını CRM-də qeyd etmək və gündəlik hesabat vermək.

Tələblər

  • Satış və ya telesatış sahəsində təcrübə üstünlükdür;
  • Güclü ünsiyyət və inandırma bacarığı;
  • Azərbaycan dilində səlist danışıq (Rus və ya İngilis dili üstünlükdür);
  • Aktiv, məsuliyyətli və satış hədəflərinə fokuslanan olmaq;
  • Təcrübəsi olmayan, lakin satış bacarığına güvənən və öyrənməyə həvəsli namizədlər də müraciət edə bilərlər.

Biz nə təklif edirik?

  • 5 günlük iş qrafiki (şənbə və bazar istirahət);
  • Fix əmək haqqı(təcrübədən asılı olaraq) + yüksək satış bonusları;
  • Rəsmi əmək müqaviləsi;
  • ERP, HRM, AI və digər korporativ texnologiya məhsulları üzrə praktiki bilik və təcrübə qazanmaq imkanı;
  • Satış, danışıqlar və rəqəmsal həllər üzrə davamlı təlim və peşəkar inkişaf dəstəyi;
  • Qısa müddətdə Satış Lideri (Sales Team Lead) vəzifəsinə yüksəlmək imkanı;
  • Gələcəkdə şirkət daxilində digər istiqamətlər üzrə karyera inkişafı və keçid imkanı;
  • Müasir və rəqəmsal iş mühiti.

CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına (mövzu: "Telesales Satış Məsləhətçisi") göndərin və ya +994 77 220 67 67 nömrəsi ilə WhatsApp və zəng vasitəsilə bizimlə əlaqə saxlayın.

  • Daily0
  • Weekly292
  • Monthly1765