Maffin.tech müəssisələr üçün HRM, ERP, GPS izləmə, davamiyyətə nəzarət və süni intellekt əsaslı rəqəmsal həllər təqdim edir. Komandamıza satışda aktiv və nəticəyönümlü Satış Məsləhətçisi axtarırıq.
Vəzifə öhdəlikləri
- Potensial korporativ müştərilərlə telefon və digər kanallar vasitəsilə ilk əlaqəni qurmaq;
- Məhsul və xidmətlərimizi təqdim etmək, görüşlər təyin etmək və satış prosesini idarə etmək;
- Müştərinin ehtiyacını müəyyən edərək uyğun həlli təklif etmək;
- Müştəri məlumatlarını CRM-də qeyd etmək və gündəlik hesabat vermək.
Tələblər
- Satış və ya telesatış sahəsində təcrübə üstünlükdür;
- Güclü ünsiyyət və inandırma bacarığı;
- Azərbaycan dilində səlist danışıq (Rus və ya İngilis dili üstünlükdür);
- Aktiv, məsuliyyətli və satış hədəflərinə fokuslanan olmaq;
- Təcrübəsi olmayan, lakin satış bacarığına güvənən və öyrənməyə həvəsli namizədlər də müraciət edə bilərlər.
Biz nə təklif edirik?
- 5 günlük iş qrafiki (şənbə və bazar istirahət);
- Fix əmək haqqı(təcrübədən asılı olaraq) + yüksək satış bonusları;
- Rəsmi əmək müqaviləsi;
- ERP, HRM, AI və digər korporativ texnologiya məhsulları üzrə praktiki bilik və təcrübə qazanmaq imkanı;
- Satış, danışıqlar və rəqəmsal həllər üzrə davamlı təlim və peşəkar inkişaf dəstəyi;
- Qısa müddətdə Satış Lideri (Sales Team Lead) vəzifəsinə yüksəlmək imkanı;
- Gələcəkdə şirkət daxilində digər istiqamətlər üzrə karyera inkişafı və keçid imkanı;
- Müasir və rəqəmsal iş mühiti.
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına (mövzu: "Telesales Satış Məsləhətçisi") göndərin və ya +994 77 220 67 67 nömrəsi ilə WhatsApp və zəng vasitəsilə bizimlə əlaqə saxlayın.