İş barədə məlumat:
- Ofis mail sorğularının cavablandırılması , müəyyən əməkdaşlara yönləndirilməsi;
- Sənədlərin, şirkətə daxil olan və şirkətdən göndərilən məktubların qeydiyyatı;
- Gündəlik kargüzarlıq və ofis daxili işlərin yerinə yetirilməsi, yönləndirilməsi və icrasına nəzarət;
- Ofisin iş üçün zəruri olan dəftərxana ləvazimatları, istehlak materialları və digər inventar əşyaları ilə təmin edilməsini təşkil etmək, işçilər arasında saxlanılmasına, bölüşdürülməsinə və sadalanan dəyərlərdən səmərəli istifadəsinə nəzarət etmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi;
- Kuryer xidməti ilə əlaqə saxlanılması, işlərin koordinasiya edilməsi və başqa işlər.
İş şəraiti:
- İş qrafiki: 5 iş günü
- İş saatı: 09:00-dan 18:00-dək
- Ünvan: Bakı İş Mərkəzi, M. Şərifli 19 (Q. Qarayev m.st. yaxınlığı)
- Əmək haqqı 500-600 AZN
Namizədə tələblər:
- Ali təhsil;
- Əla səviyyədə azərbaycan dili (rus dili üstünlükdür);
- Səlis və aydın nitq qabiliyyəti;
- Microsoft Office proqramları ilə işləmək bacarığı (Excel yüksək səviyyədə)
- Minimum 1 il iş təcrübəsi;
- Çevik qərar vermə, təşkilatçılıq və araşdırma qabiliyyəti;
- Operativ, məsuliyyətli və işə planlı yanaşan;
- Detallara qarşı diqqətli;
- Komandada işləmək bacarığı və istəyi;
Zəhmət olmasa CV-nizi mövzu hissəsində mütləq şəkildə “Ofis meneceri” qeyd etməklə Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərin.