İş barədə məlumat
- Şirkətə daxil olan sifarişlərin qəbul edilməsi, hazırlanma və təhvil mərhələsinədək idarə edilməsi;
- Müştəriyə qiymət təklifinin hazırlanaraq təqdim edilməsi (Maliyyə şöbəsinin qiymət təsdiqindən sonra)
- Həftəlik, aylıq, illik hesabatların hazırlanması və Struktur bölmə rəhbərinə təqdim edilməsi;
- Müştəri bazasının formalaşdırılması və mövcud bazanın koordinasiya olunması, Korporativ e-mail ünvanına daxil olan müraciətlərin cavablandırılması və əməkdaşlıq sorğularının icrası;
- Müştəri məmnuniyyəti və müştərilərin saxlanmasına nail olmaq, Satışdan sonra müştərilərlə əlaqələrin tənzimlənməsi. Müştərilərlə əlaqədar hər hansı problem və ya çatışmazlığı vaxtında aşkarlamaq və müvafiq tədbirlər görmək;
- Müştərilərlə düzgün ünsiyyət qurmaq, məhsul və xidmətlər haqqında tam və ətraflı məlumat vermək, onların suallarını əsaslandırılmış formada cavablandırmaq;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.
İş şəraiti
- İş qrafiki: 5 iş günü
- İş saatı: 09:00-dan 18:00-dək
- Ünvan: Bakı İş Mərkəzi, M. Şərifli 19 (Q. Qarayev m.st. yaxınlığı)
- Əmək haqqı 600-1000 AZN arası namizədin təcrübəsinə əsasən təyin ediləcək (+ layihə bonusları)
Namizədə tələblər:
- Xanım namizədlər;
- Ali təhsil;
- Əla səviyyədə azərbaycan dili (rus dili üstünlükdür);
- Səlis və aydın nitq qabiliyyəti;
- Microsoft Office proqramları ilə işləmək bacarığı (Excel yüksək səviyyədə)
- Minimum 1 il iş təcrübəsi;
- Çevik qərar vermə, araşdırma və problem həlletmə qabiliyyəti;
- Operativ, məsuliyyətli və işə planlı yanaşan;
- Detallara qarşı diqqətli;
- Komandada işləmək bacarığı və istəyi;
Zəhmət olmasa CV-nizi mövzu hissəsində mütləq şəkildə “Satış meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.