Main Freight Logistics Main Freight Logistics
  • 516

Logistika Mütəxəssisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Logistika Mütəxəssisi

  • Deadline 20 Noyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Main Freight Logistics komandasına qoşul!

Main Freight Logistics beynəlxalq nəqliyyat-logistika şirkəti komandamıza qoşulacaq təcrübəli və məsuliyyətli Logistika Mütəxəssisi axtarır.

Avropadan yükdaşımaların təşkili sahəsində təcrübəniz varsa, daşıyıcılarla işləməyi və yeni imkanlar yaratmağı sevirsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq!

Vəzifə öhdəlikləri

  • Avropadan LTL (qismən yüklər) və FTL (tam yüklər) daşımalarının təşkili;
  • Etibarlı daşıyıcıların tapılması və onlarla danışıqların aparılması;
  • Rəqabətqabiliyyətli qiymətlərin əldə edilməsi və sərfəli marşrutların müəyyənləşdirilməsi;
  • Yüklərin daşınma prosesinin başlanğıcdan təhvil verilənədək izlənilməsi;
  • Daşımalar zamanı yaranan məsələlərin operativ həlli;
  • Daşıma sənədlərinin hazırlanması və yoxlanılması;
  • Məlumatların şirkətin məlumat bazasına vaxtında daxil edilməsi.

Namizədə tələblər

  • Ali təhsil;
  • Avropadan LTL və FTL yüklərinin daşınması sahəsində minimum 2 il iş təcrübəsi;
  • İngilis dili biliyi;
  • Beynəlxalq yükdaşımalar və ekspedisiya prosesləri haqqında biliklər;
  • Daşıyıcılarla effektiv danışıqlar aparmaq və sərfəli qiymətlər əldə etmək bacarığı;
  • Yüksək məsuliyyət, diqqətlilik və təşkilatçılıq qabiliyyəti;
  • Operativ qərarvermə və problem həll etmə bacarığı;
  • Komandada işləmək və iş proseslərini müstəqil idarə etmək bacarığı.

Biz nə təklif edirik?

  • Sabit əmək haqqı və əlavə bonuslar;
  • Yüksək qazanc imkanı — iş nəticələriniz artdıqca gəlirinizi artırmaq imkanı;
  • Əmək nəticələrinə əsaslanan şəffaf və motivasiyaedici bonus sistemi;
  • Nahar yeməyinin şirkət tərəfindən təmin edilməsi;
  • 5 günlük iş həftəsi və rahat iş qrafiki;
  • Beynəlxalq logistika sahəsində peşəkar inkişaf imkanı;
  • Peşəkar və dinamik komandada işləmək mühiti.

İş şərtləri

  • İş qrafiki: Bazar ertəsi – cümə, saat 10:00–18:00;
  • İş yeri: Bakı şəhəri, Bəsti Bağırova küçəsi 12, Məryəm Plaza.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily93
  • Weekly328
  • Monthly1749