Main Freight Logistics komandasına qoşul!
Main Freight Logistics beynəlxalq nəqliyyat-logistika şirkəti komandamıza qoşulacaq təcrübəli və məsuliyyətli Logistika Mütəxəssisi axtarır.
Avropadan yükdaşımaların təşkili sahəsində təcrübəniz varsa, daşıyıcılarla işləməyi və yeni imkanlar yaratmağı sevirsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq!
Vəzifə öhdəlikləri
- Avropadan LTL (qismən yüklər) və FTL (tam yüklər) daşımalarının təşkili;
- Etibarlı daşıyıcıların tapılması və onlarla danışıqların aparılması;
- Rəqabətqabiliyyətli qiymətlərin əldə edilməsi və sərfəli marşrutların müəyyənləşdirilməsi;
- Yüklərin daşınma prosesinin başlanğıcdan təhvil verilənədək izlənilməsi;
- Daşımalar zamanı yaranan məsələlərin operativ həlli;
- Daşıma sənədlərinin hazırlanması və yoxlanılması;
- Məlumatların şirkətin məlumat bazasına vaxtında daxil edilməsi.
Namizədə tələblər
- Ali təhsil;
- Avropadan LTL və FTL yüklərinin daşınması sahəsində minimum 2 il iş təcrübəsi;
- İngilis dili biliyi;
- Beynəlxalq yükdaşımalar və ekspedisiya prosesləri haqqında biliklər;
- Daşıyıcılarla effektiv danışıqlar aparmaq və sərfəli qiymətlər əldə etmək bacarığı;
- Yüksək məsuliyyət, diqqətlilik və təşkilatçılıq qabiliyyəti;
- Operativ qərarvermə və problem həll etmə bacarığı;
- Komandada işləmək və iş proseslərini müstəqil idarə etmək bacarığı.
Biz nə təklif edirik?
- Sabit əmək haqqı və əlavə bonuslar;
- Yüksək qazanc imkanı — iş nəticələriniz artdıqca gəlirinizi artırmaq imkanı;
- Əmək nəticələrinə əsaslanan şəffaf və motivasiyaedici bonus sistemi;
- Nahar yeməyinin şirkət tərəfindən təmin edilməsi;
- 5 günlük iş həftəsi və rahat iş qrafiki;
- Beynəlxalq logistika sahəsində peşəkar inkişaf imkanı;
- Peşəkar və dinamik komandada işləmək mühiti.
İş şərtləri
- İş qrafiki: Bazar ertəsi – cümə, saat 10:00–18:00;
- İş yeri: Bakı şəhəri, Bəsti Bağırova küçəsi 12, Məryəm Plaza.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.