Mühasib

  • Истекает 5 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Peşəkar bacarıqlarına güvənən, özünü inkişaf etdirməyə maraqlı və dinamik iş mühitində uğur qazanmaq istəyən namizədləri “Main Steel” komandasının bir parçası olmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

  • Mühasibat uçotunun qüvvədə olan qanunvericiliyə uyğun təşkili və aparılması;
  • İlkin mühasibat sənədlərinin (qaimə, hesab-faktura, akt və s.) qəbul edilməsi və yoxlanılması;
  • Gəlir və xərclərin uçotunun aparılması;
  • Elektron qaimə-fakturaların tərtibi və uçotu;
  • İşçilərin əmək haqqısının hesablanması (zərurət yarandıqda);
  • Məzuniyyət, xəstəlik vərəqəsi və digər ödənişlərin hesablanması(zərurət yarandıqda);
  • Bank köçürmələrinin hazırlanması və icrası;
  • Debitor və kreditor borclarının uçotu və nəzarəti;
  • Qarşılıqlı hesablaşmaların uzlaşdırılması;

Vakant vəzifə üzrə tələblər:

  • Ali təhsil (Maliyyə, Mühasibatlıq sahəsi üzrə);
  • Müvafiq sahə üzrə min. 2-3 il iş təcrübəsi
  • MS Office proqramlarında işləmək bacarığı;
  • ERP sistemində (Odoo) işləmək bacarığı üstünlükdür;
  • Online kargüzarlıq və e-qaime portallardan istifadə etmə bacarığı;
  • Maliyyə və mühasibatlıqla bağlı qanunvericiliyi bilməli;
  • Səlis Azərbaycan dili biliyi;
  • Analitik düşünmə qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • Tapşırıqların müəyyən olunmuş vaxtda və dəqiq icra olunması;
  • Xahiş edirik, yalnız Hacıqabul, Navahı ərazisində yaşayan namizədlər müraciət etsinlər.

İş şəraiti:

  • İş qrafiki: həftə içi 5 gün, 08:00 - 17:00;
  • Şənbə və bazar istirahət günləri;
  • Nahar fasiləsi: 13:00 – 14:00.
  • Sizə nə təklif edirik?
  • Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
  • Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
  • Karyera və inkişaf perspektivləri;
  • Rəsmi dövlət bayramları və xüsusi günlərdə istirahət;
  • Nahar şirkət tərəfindən təmin edilməsi.

Maraqlanan şəxslər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində mütləq vəzifənin adı yazılmalıdır.

  • Daily58
  • Weekly177
  • Monthly428