Peşəkar bacarıqlarına güvənən, özünü inkişaf etdirməyə maraqlı və dinamik iş mühitində uğur qazanmaq istəyən namizədləri “Main Steel” komandasının bir parçası olmağa dəvət edirik.
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotunun qüvvədə olan qanunvericiliyə uyğun təşkili və aparılması;
- İlkin mühasibat sənədlərinin (qaimə, hesab-faktura, akt və s.) qəbul edilməsi və yoxlanılması;
- Gəlir və xərclərin uçotunun aparılması;
- Elektron qaimə-fakturaların tərtibi və uçotu;
- İşçilərin əmək haqqısının hesablanması (zərurət yarandıqda);
- Məzuniyyət, xəstəlik vərəqəsi və digər ödənişlərin hesablanması(zərurət yarandıqda);
- Bank köçürmələrinin hazırlanması və icrası;
- Debitor və kreditor borclarının uçotu və nəzarəti;
- Qarşılıqlı hesablaşmaların uzlaşdırılması;
Vakant vəzifə üzrə tələblər:
- Ali təhsil (Maliyyə, Mühasibatlıq sahəsi üzrə);
- Müvafiq sahə üzrə min. 2-3 il iş təcrübəsi
- MS Office proqramlarında işləmək bacarığı;
- ERP sistemində (Odoo) işləmək bacarığı üstünlükdür;
- Online kargüzarlıq və e-qaime portallardan istifadə etmə bacarığı;
- Maliyyə və mühasibatlıqla bağlı qanunvericiliyi bilməli;
- Səlis Azərbaycan dili biliyi;
- Analitik düşünmə qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- Tapşırıqların müəyyən olunmuş vaxtda və dəqiq icra olunması;
- Xahiş edirik, yalnız Hacıqabul, Navahı ərazisində yaşayan namizədlər müraciət etsinlər.
İş şəraiti:
- İş qrafiki: həftə içi 5 gün, 08:00 - 17:00;
- Şənbə və bazar istirahət günləri;
- Nahar fasiləsi: 13:00 – 14:00.
- Sizə nə təklif edirik?
- Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
- Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
- Karyera və inkişaf perspektivləri;
- Rəsmi dövlət bayramları və xüsusi günlərdə istirahət;
- Nahar şirkət tərəfindən təmin edilməsi.
Maraqlanan şəxslər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində mütləq vəzifənin adı yazılmalıdır.