MAKRO 2000 Yapı İnşaat Anonim Şirketi »nin Azərbaycan Respublikasındakı Filialı “Anbar müdiri” (Balaxanı ərazisi) vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Şirkətin və tikinti layihələrinin anbar təsərrüfatının ümumi fəaliyyətini təşkil və idarə etmək;
- Anbara daxil olan və anbardan çıxan mal-materialların düzgün qəbulunu, uçotunu və təhvil verilməsini təmin etmək;
- Materialların, avadanlıqların və digər maddi sərvətlərin qorunmasına və düzgün saxlanılmasına nəzarət etmək;
- Anbar qalıqlarını mütəmadi olaraq yoxlamaq və faktiki qalıqların uçot məlumatları ilə uyğunluğunu təmin etmək;İlkin sənədlərin toplanmasını və arxivləşdirilməsi.
- Anbar üzrə mədaxil, məxaric və digər sənədlərin düzgün rəsmiləşdirilməsini təmin etmək;
- ERP sistemi vasitəsilə anbar əməliyyatlarının vaxtında və düzgün şəkildə sistemə daxil edilməsinə nəzarət etmək;
- Tikinti sahələrinin material və avadanlıq tələbatına uyğun olaraq mal-materialların vaxtında verilməsini təşkil etmək;
- Anbarda inventarizasiya işlərini təşkil etmək və nəticələr üzrə hesabatların hazırlanmasında iştirak etmək;
- Material çatışmazlığı, artıq qalıq və ya uyğunsuzluqlar barədə rəhbərliyə vaxtında məlumat vermək;
- Anbar əməkdaşlarının iş fəaliyyətini təşkil etmək və onlara nəzarət etmək;
- Anbar ərazisində əməyin mühafizəsi, təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasını təmin etmək;
- Dövri olaraq anbar fəaliyyəti və material qalıqları üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
Tələblər:
- Ali və ya orta ixtisas təhsili (Logistika, İqtisadiyyat, İdarəetmə və ya digər uyğun ixtisaslar üzrə)
- ERP və (Excel,Word) proqramlarında işləmə bacarığının olması.
- Dil bilikləri (Azəribaycan və Türk)
- Diqqətli, məsuliyyətli və dəqiq olmaq.
- Yaş həddi 28-50.
İş şərtləri və təminatlar:
- İş qrafiki: Həftədə 6 iş günü,
- Könüllü tibbi həyat sığortası.
- Korperativ mobil nömrə.
- Əmək haqqı 1500-1900 Azn
- İş yeri ünvanı.Bakı şəhəri.Balaxanı ərazisi.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerinə “Anbar müdiri” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.