Anbar müdiri

  • Истекает 22 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

MAKRO 2000 Yapı İnşaat Anonim Şirketi »nin Azərbaycan Respublikasındakı Filialı  “Anbar müdiri” (Balaxanı ərazisi) vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Şirkətin və tikinti layihələrinin anbar təsərrüfatının ümumi fəaliyyətini təşkil və idarə etmək;
  • Anbara daxil olan və anbardan çıxan mal-materialların düzgün qəbulunu, uçotunu və təhvil verilməsini təmin etmək;
  • Materialların, avadanlıqların və digər maddi sərvətlərin qorunmasına və düzgün saxlanılmasına nəzarət etmək;
  • Anbar qalıqlarını mütəmadi olaraq yoxlamaq və faktiki qalıqların uçot məlumatları ilə uyğunluğunu təmin etmək;İlkin sənədlərin toplanmasını və arxivləşdirilməsi.
  • Anbar üzrə mədaxil, məxaric və digər sənədlərin düzgün rəsmiləşdirilməsini təmin etmək;
  • ERP sistemi vasitəsilə anbar əməliyyatlarının vaxtında və düzgün şəkildə sistemə daxil edilməsinə nəzarət etmək;
  • Tikinti sahələrinin material və avadanlıq tələbatına uyğun olaraq mal-materialların vaxtında verilməsini təşkil etmək;
  • Anbarda inventarizasiya işlərini təşkil etmək və nəticələr üzrə hesabatların hazırlanmasında iştirak etmək;
  • Material çatışmazlığı, artıq qalıq və ya uyğunsuzluqlar barədə rəhbərliyə vaxtında məlumat vermək;
  • Anbar əməkdaşlarının iş fəaliyyətini təşkil etmək və onlara nəzarət etmək;
  • Anbar ərazisində əməyin mühafizəsi, təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasını təmin etmək;
  • Dövri olaraq anbar fəaliyyəti və material qalıqları üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.

 Tələblər:

  • Ali və ya orta ixtisas təhsili (Logistika, İqtisadiyyat, İdarəetmə və ya digər uyğun ixtisaslar üzrə)
  • ERP və (Excel,Word) proqramlarında işləmə bacarığının olması.
  • Dil bilikləri (Azəribaycan və Türk)
  • Diqqətli, məsuliyyətli və dəqiq olmaq.
  • Yaş həddi 28-50.

  İş şərtləri və təminatlar:

  • İş qrafiki: Həftədə 6 iş günü,
  • Könüllü tibbi həyat sığortası.
  • Korperativ mobil nömrə.
  • Əmək haqqı 1500-1900 Azn
  • İş yeri ünvanı.Bakı şəhəri.Balaxanı ərazisi.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerinə “Anbar müdiri” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

  • Daily12
  • Weekly282
  • Monthly2000