İş yeri: Ağdam rayonu
Vəzifə öhdəlikləri:
- Layihə-smeta sənədlərinin, iş həcmləri və spesifikasiyaların analiz edilməsi.
- Smetalarda olan uyğunsuzluqların müəyyən edilməsi və düzgün iş həcmlərinin hesablanaraq tərtib edilməsi.
- İşin yerinə yetirilməsində risklərin qiymətləndirilməsi və təhlükəsiz iş metodunun hazırlanması.
- İşlərin İcra Aktlarının hazırlanması.
- Maddi məsul şəxs olaraq material, avadanlıq, inventar, maşın- mexanizmin qənaətli sərfiyyatının təşkil edilməsi, anbar işinin təşkil edilməsi.
- Tikinti quraşdırma işlərinin Azərbaycanda qəbul edilmiş normalara və Beynəlxalq normalara uyğun aparılması.
- Layihələndirmə üçün ilkin məlumatların yığılması və çertyojlarla işlənməsi;
- Layihələrdə təmir-tikinti işlərinə nəzarət, konstruksiya işlərinin düzgün təşkil edilməsi;
- Tikintidə istifadə olunacaq tikinti materiallarının müəyyən edilməsi və zəruri tikinti materiallarının siyahı şəklində təchizat şöbəsinə yönləndirilməsi.
- Tabeliyində olan işçilərin işlərini təşkil etmək və onlara nəzarət edilməsi.
- Texnoloji intizama riayət edilməsi, tikinti norma və qaydalarının yerinə yetirilməsi.
- Forma 2, Forma 3 və digər normativ sənədləşmə işlərinin aparılması.
- Görülən işlərin keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi.
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi.
Tələblər:
- İnşaat mühəndisliyi üzrə ali təhsil (bakalavr və ya magistr dərəcəsi).
- İnşaat layihələrinin idarə edilməsi sahəsində minimum 3 il iş təcrübəsi.
- Azərbaycan dilində əla yazmaq, oxumaq və fikrini ifadə etmək qabiliyyəti.
- (Microsoft Office, AutoCAD, Tekla) kimi proqram təminatları ilə işləmə bacarığı.
- Komanda ilə işləmək və layihəni idarəetmə bacarığı.
- Əmək haqqı. (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
- Yaş həddi 25-45
Təminatlar:
- Könüllü tibbi sığorta.
- Şirkət nömrəsi.
- Əmək məcəlləsinə uyğun rəsmiləşdirmə.
Şərtlər:
- İş qrafiki 6 gün.
- Nahar şirkət tərəfindən qarşılanır.
- Qalmaq üçün yer şirkət tərəfindən qarşılanır.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerinə “İnşaat mühəndisi” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.