İş icraçısı

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş icraçısı

  • Deadline 10 Mart 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“MAKRO 2000 Yapı İnşaat Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı “İş icraçısı” vəzifəsi üzrə vakansiya elan edir:  

İş yeri: Ağdam və Ağdərə

Vəzifə öhdəlikləri:

  • Layihə rəhbərinin tapşırıqlarına uyğun olaraq tikinti işlərinin icrasını təşkil və nəzarət etmək.
  • Təsdiq edilmiş layihə-smeta sənədlərinə uyğun işlərin aparılmasını təmin etmək.
  • Gündəlik və həftəlik iş planlarının hazırlanması və icrasına nəzarət etmək.
  • Sahədə işçi qüvvəsinin və texnikanın düzgün bölgüsünü təşkil etmək.
  • Görülmüş iş həcmlərinin ölçülməsi və ilkin hesabatların hazırlanması.
  • Subpodratçıların fəaliyyətinə nəzarət etmək və iş qrafikinə uyğunluğunu təmin etmək.
  • Tikinti norma və qaydalarına, texniki təhlükəsizlik və əməyin mühafizəsi tələblərinə riayət olunmasına nəzarət etmək;
  • Keyfiyyətə nəzarət prosesində iştirak etmək, uyğunsuzluqların aradan qaldırılmasını təmin etmək;
  • Materialların qəbulunda iştirak etmək və düzgün istifadəsinə nəzarət etmək.
  • Gündəlik sahə hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək.
  • Texniki sənədlərin (çertyoj, detal, işçi layihə və s.) oxunması və tətbiqini təmin etmək.
  • Zərurət olduqda aktların hazırlanmasında iştirak etmək.

Tələblər:

  • İnşaat mühəndisliyi üzrə ali təhsil (bakalavr və ya magistr dərəcəsi).
  • Tikinti sahəsində minimum 3 il iş təcrübəsi (sahə təcrübəsi üstünlükdür).
  • Azərbaycan dilində sərbəst yazı və şifahi ünsiyyət bacarığı.
  • Microsoft Office, AutoCAD proqramlarında işləmə bacarığı (Tekla biliyi üstünlükdür).
  • Çertyoj və layihə sənədlərini oxuma və tətbiq etmə bacarığı.
  • Komanda ilə işləmək və layihəni idarəetmə bacarığı.
  • Komanda ilə işləmək və təşkilatçılıq bacarığı
  • Əmək haqqı. Namizədin təhsil səviyyəsi, iş təcrübəsi və peşəkar bacarıqları nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.
  • Yaş həddi 25-55

Təminatlar:

  • Könüllü tibbi sığorta.
  • Şirkət nömrəsi.

Şərtlər:

  • İş qrafiki 6 gün.
  • Qidalanma şirkət tərəfindən qarşılanır.
  • Qalmaq üçün yer şirkət tərəfindən qarşılanır.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerinə “İş icraçısı” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

  • Daily45
  • Weekly298
  • Monthly985