“MAKRO 2000 Yapı İnşaat Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı “İş icraçısı” vəzifəsi üzrə vakansiya elan edir:
İş yeri: Ağdam və Ağdərə
Vəzifə öhdəlikləri:
- Layihə rəhbərinin tapşırıqlarına uyğun olaraq tikinti işlərinin icrasını təşkil və nəzarət etmək.
- Təsdiq edilmiş layihə-smeta sənədlərinə uyğun işlərin aparılmasını təmin etmək.
- Gündəlik və həftəlik iş planlarının hazırlanması və icrasına nəzarət etmək.
- Sahədə işçi qüvvəsinin və texnikanın düzgün bölgüsünü təşkil etmək.
- Görülmüş iş həcmlərinin ölçülməsi və ilkin hesabatların hazırlanması.
- Subpodratçıların fəaliyyətinə nəzarət etmək və iş qrafikinə uyğunluğunu təmin etmək.
- Tikinti norma və qaydalarına, texniki təhlükəsizlik və əməyin mühafizəsi tələblərinə riayət olunmasına nəzarət etmək;
- Keyfiyyətə nəzarət prosesində iştirak etmək, uyğunsuzluqların aradan qaldırılmasını təmin etmək;
- Materialların qəbulunda iştirak etmək və düzgün istifadəsinə nəzarət etmək.
- Gündəlik sahə hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək.
- Texniki sənədlərin (çertyoj, detal, işçi layihə və s.) oxunması və tətbiqini təmin etmək.
- Zərurət olduqda aktların hazırlanmasında iştirak etmək.
Tələblər:
- İnşaat mühəndisliyi üzrə ali təhsil (bakalavr və ya magistr dərəcəsi).
- Tikinti sahəsində minimum 3 il iş təcrübəsi (sahə təcrübəsi üstünlükdür).
- Azərbaycan dilində sərbəst yazı və şifahi ünsiyyət bacarığı.
- Microsoft Office, AutoCAD proqramlarında işləmə bacarığı (Tekla biliyi üstünlükdür).
- Çertyoj və layihə sənədlərini oxuma və tətbiq etmə bacarığı.
- Komanda ilə işləmək və layihəni idarəetmə bacarığı.
- Komanda ilə işləmək və təşkilatçılıq bacarığı
- Əmək haqqı. Namizədin təhsil səviyyəsi, iş təcrübəsi və peşəkar bacarıqları nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.
- Yaş həddi 25-55
Təminatlar:
- Könüllü tibbi sığorta.
- Şirkət nömrəsi.
Şərtlər:
- İş qrafiki 6 gün.
- Qidalanma şirkət tərəfindən qarşılanır.
- Qalmaq üçün yer şirkət tərəfindən qarşılanır.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerinə “İş icraçısı” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.