MAKRO 2000 Yapı İnşaat Anonim Şirketi-nin Azərbaycan Respublikasındakı Filialı “Konstruktor” vəzifəsi üzrə vakansiya elan edir:
Vəzifə Öhdəlikləri:
- Qəbul olunmuş texniki tapşırıqlar əsasında konstruktiv işçi layihələrin hazırlanması.
- Metal, dəmir-beton, taxta və digər konstruksiya elementlərinin dizaynı və hesabatlarının aparılması.
- Layihə çərçivəsində konstruktiv həllərin işlənməsi və normativ sənədlərə uyğunluğunun təmin edilməsi.
- Konstruktiv həllərin dəqiqliyini təmin etmək məqsədilə memar və mühəndislərlə əməkdaşlıq.
- Layihələndirilən obyektlərin dayanıqlığının və etibarlılığının hesablanması.
- İnşaat işlərinin aparılması zamanı istifadə edilən material və texnologiyaların tələblərə uyğunluğuna nəzarət.
- Müəyyən edilmiş müddətlər çərçivəsində işçi sənədlərin hazırlanmasını təmin etmək.
- Tikinti sahəsində müəllif nəzarətinin həyata keçirilməsi.
Tələblər:
- Ali texniki təhsil (Konstruksiya mühəndisliyi, tikinti və ya əlaqədar sahə üzrə).
- Sahədə minimum 1 il iş təcrübəsi.
- AutoCAD,Tekla,və ya digər müvafiq proqram təminatları ilə iş bacarığı.
- Tikinti normativləri və standartları (SNİP, Eurocode və s.) üzrə biliklər.
- Konstruktiv hesabatların aparılması və işçi sənədlərin hazırlanması təcrübəsi.
- Komandada işləmə bacarığı və müvafiq işgüzar ünsiyyət vərdişləri.
İş şərtləri:
- İş qrafiki: Həftə içi 6 gün,
- Könüllü tibbi həyat sığortası.
- Korperativ mobil nömrə.
- Rəqabətli əmək haqqı (namizədin bilik və təcrübəsindən asılı olaraq müəyyən edilir);
- İş yeri ünvanı Bakı şəhəri Səməd Vurğun 43 World Business Center
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerinə “Konstruktor” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.