Layihə rəhbəri (tikinti üzrə)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Layihə rəhbəri (tikinti üzrə)

  • Deadline 11 Avqust 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş məlumatları

  • Staj – 3 ildən 5 ilədək (inşaat sektorunda)
  • İş rejimi – tam ştat
  • Sahə - inşaat
  • Ünvan – Bakı

İş barədə məlumat

Vəzifə öhdəlikləri:

  • Microsoft Office, AutoCad proqramlarını;
  • Tikinti altına ayrılmış torpaq sahəsini naturada podratçıya təhvil verərək aktla sənədləşdirmək;
  • Tikinti sahəsində bina, qurğu mühəndis-nəqliyyat təminatı obyekti və kommunikasiyaları, həmçinin reper dayaqlarının nışanlanması və bərkidilməsi, onların oxlarının müfəssəl nişanlanması, həmçinin binanın əsası, bünövrə və örtüklərin şaquli səviyyə göstəricilərinin yoxlanılması və qəbulunda iştirak edir, onların qəbulunu aktla sənədləşdirmək;
  • Bütün tikinti-quraşdırma işlərinin vaxtında, tam həcmdə və keyfiyyətlə yerinə yetirilməsinə, onların təsdiq olunmuş layihə-smeta sənədlərinə uyğunluğuna, ümumtikinti, quraşdırma, tamamlama və xüsusi işlərin, həmçinin qış vaxtında aparılan işlərin yerinə yetirilməsində tikinti norma, qayda və standartların tələblərinə düzgün əməl edilməsinə nəzarəti həyata keçirmək;
  • Tikintidə istifadə olunan avadanlıq, material, məlumat və konstruksiyaların pasportlarını, laboratoriya sınaqlarının nəticə sənədlərini yoxlamaq;
  • Tikinti material, məlumat və konstruksiyalarının keyfiyyətinin pasport göstəricilərinə uyğunluğunun daimi yoxlanılmasını podratçıdan tələb edir; Sınaq üçün nümunələrin götürülməsində, mühəndis kommunikasiya xətləri, avadanlıqları və digər qurğuların sınaqdan keçirilməsində iştirak edir, laboratoriya sınaqlarının nəticələrinin alınmasına nəzarəti həyata keçirmək;
  • Həvalə olunmuş layihələri idarə edir, statuslarını təqib edir və uğurlu şəkildə nəticəyə çatmasını təmin edir, lazım gəldikdə əlavə strukturları işə cəlb edir;
  • Layihələr üzrə mütəmadi olaraq digər sektorlar və maraqlı tərəflərlə birlikdə monitorinq təşkil edir;
  • Layihənin idarə edilməsi prosesində ortaya çıxa biləcək problemlərin qarşısının alınması və ya həll edilməsini təmin edir;
  • Layihənin lazımı keyfiyyətdə və vaxtında sonlandırılmasını təmin edir və bu məqsədlə ehtiyac olan metod və metodologiyanı müəyyənləşdirir və tətbiqini təmin edir;
  • Üzləşilə biləcək riskləri müəyyən edir, qarşısının alınması üçün tədbirlər planı hazırlayır və risklər ortaya çıxdıqda tətbiq edir;
  • Layihə haqqında məlumatları, müsbət və mənfi təcrübələri maraqlı tərəflərə vaxtında çatdırır;
  • Həvalə olunmuş layihələrlə bağlı rəhbərliyə həftəlik və aylıq hesabat verir;
  • Həvalə olunmuş layihələrin icrası üçün məsuliyyət daşıyır.
  • Tapşırıq üzrə funksional həllər təklif etmə bacarığı;
  • Detallara qarşı diqqətlilik;

Tələblər

  • Ali təhsil məcburidir;, magistr təhsili arzuolunandır. 
  • Yaş 25+;
  • Məsuliyyətli, işgüzar, diqqətli, yaradıcı düşünmə qabiliyyəti olmalı, intizamlı;
  • Kreativ ideyalı;
  • Xarici dil biliyi arzuolunandır.

 İş şəraiti:

  • Əmək haqqı – 2300-3000 AZN + ezamiyyət xərcləri;
  • İş günləri – I-V günlər;
  • İş saatları – 08:30-17:30 (nahar vaxtı 13:00-14:00)

Qeyd olunan tələblərə uyğun namizədlər öz CV və Portfolio-nuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily12
  • Weekly608
  • Monthly1156