MAKRO 2000 Yapı İnşaat Anonim Şirketi-nin Azərbaycan Respublikasındakı Filialı “Memar Baş Plan üzrə” vəzifəsi üzrə vakansiya elan edir:
Vəzifə öhdəlikləri
- Yaşayış, ictimai və sənaye obyektləri üzrə baş planların hazırlanması və inkişaf etdirilməsi;
- Baş plan həllərinin müvafiq normativlərə (SNİP, AZDTN, DBN və s.) uyğunluğunun təmin edilməsi;
- Memarlıq, konstruksiya və mühəndislik bölmələri ilə koordinasiyalı işləmək;
- Layihə eskizləri, konsept planlar, mərhələli planlama sənədlərinin hazırlanması;
- Dövlət qurumları və sifarişçi ilə baş plan üzrə müzakirələrdə iştirak;
- Layihə dəyişikliklərinin təhlili və optimallaşdırılması;
- Müəllif nəzarətinin həyata keçirilməsi (zərurət olduqda)
- Torpaq kütləsi (earthwork) hesabatlarının hazırlanması;
- Relyefin təşkili layihəsinin işlənməsi, binanın qara və qırmızı səviyyələrinin memar və konstruktorlara təqdim edilməsi;
Tələblər:
- Memarlıq üzrə ali təhsil;
- Baş plan üzrə minimum 3–5 il iş təcrübəsi;
- AutoCAD, ArchiCAD, Revit və digər müvafiq proqramlarda sərbəst işləmə bacarığı;
- Şəhərsalma və ərazi planlaşdırılması üzrə normativ biliklər;
- Topoqrafik planlarla işləmək bacarığı;
- Analitik düşüncə, planlama və təqdimat bacarığı;
- Azərbaycan dili – səlis, rus dili arzuolunandır;
- Komandada işləmə bacarığı.
İş şərtləri və təminatlar:
- İş qrafiki: Həftə içi 6 gün,
- Könüllü tibbi həyat sığortası.
- Korperativ mobil nömrə.
- Rəqabətli əmək haqqı (namizədin bilik və təcrübəsindən asılı olaraq müəyyən edilir);
- İş yeri ünvanı Bakı şəhəri Səməd Vurğun 43 World Business Center
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerinə “Memar Baş Plan üzrə” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.