MEP üzrə mühəndis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

MEP üzrə mühəndis

  • Deadline 6 June 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

MAKRO 2000 Yapı İnşaat Anonim Şirketi »nin Azərbaycan Respublikasındakı Filialı “MEP üzrə mühəndis” vəzifəsi üzrə vakansiya elan edir:  

Vəzifə öhdəlikləri

  • Tikinti layihələri çərçivəsində MEP sistemlərinin (mexaniki, elektrik və santexnika) icrasına ümumi texniki nəzarətin təmin edilməsi;
  • HVAC sistemləri üzrə optimal texniki həllərin işlənməsi və sahədə tətbiqinə nəzarət;
  • Elektrik sistemlərinin layihələrinin təhlili, uyğunluğunun yoxlanılması və icra prosesinə nəzarət;
  • Su təchizatı, kanalizasiya və drenaj sistemlərinin layihələndirilməsində iştirak və texniki dəstəyin göstərilməsi;
  • Texniki çertyojların hazırlanması və mövcud layihələrin yenilənməsi (AutoCAD və s.)
  • Memarlıq və digər mühəndislik bölmələri ilə sıx koordinasiya, uyğunsuzluqların aradan qaldırılması;
  • Şantiyədə görülən işlərin layihə sənədlərinə uyğunluğunun yoxlanılması və nəzarəti;
  • Podratçı və subpodratçıların iş prosesinin idarə olunması və performansının qiymətləndirilməsi;
  • Texniki problemlərin operativ şəkildə müəyyən edilməsi və effektiv həll yollarının təqdim olunması;
  • Layihə üzrə istifadə olunacaq material və avadanlıqların seçilməsi və təsdiqi;
  • proqramına uyğun olaraq layihənin icra müddətinə nəzarət;
  • Hesabatların, aktların və texniki sənədlərin hazırlanması;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət;
  • Enerji səmərəliliyinin artırılması və sistemlərin optimallaşdırılması üzrə təkliflərin hazırlanması;

Tələblər:

  • Mühəndislik sahəsi üzrə ali təhsil (mexanika, elektrik, energetika və ya əlaqəli ixtisaslar)
  • MEP sistemləri üzrə (HVAC, elektrik və santexnika) minimum 3-5 il iş təcrübəsiv;
  • Tikinti sahəsində (şantiye) real iş təcrübəsinin olması;
  • Layihə sənədləri, texniki çertyojlar və spesifikasiyalarla işləmə bacarığı;
  • AutoCAD proqramında sərbəst işləmə, digər mühəndislik proqramlarının biliyi üstünlükdür;
  • Yerli və beynəlxalq standartlar (SNIP, NFPA, IEC və s.) haqqında bilik;
  • Texniki problemləri analiz etmə və operativ qərarvermə qabiliyyəti;
  • Podratçı və subpodratçılarla işləmə və koordinasiya təcrübəsi;
  • Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
  • Azərbaycan dilində sərbəst, rus və ya ingilis dili biliyi üstünlükdür;
  • Məsuliyyətli, diqqətli və nəticəyönümlü yanaşma;

İş şərtləri və təminatlar:

  • İş qrafiki: Həftədə 6 iş günü, şənbə günü qısaldılmış iş rejimi;
  • Könüllü tibbi həyat sığortası;
  • Korperativ mobil nömrə;
  • Rəqabətli əmək haqqı (namizədin bilik və təcrübəsindən asılı olaraq müəyyən edilir)
  • İş yeri ünvanı - Bakı şəhəri Səməd Vurğun 43 World Business Center;

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerinə “MEP üzrə mühəndis yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

  • Daily27
  • Weekly435
  • Monthly568